AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ƏSGƏROVA ZƏMİNƏ MƏHƏMMƏD QIZI

ƏSGƏROVA ZƏMİNƏ MƏHƏMMƏD QIZI

A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan diasporu” şöbəsinin elmi işçisi.

Zəminə Məhəmməd qızı Əsgərova 18 may 1963-cü ildə Gədəbəy rayonunun Ağamalı kəndində anadan olmuşdur. O, 1981-ci ildə Gədəbəy rayonunun Ağamalı kənd orta məktəbini bitirmiş, 1981-86-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kitabxanaşünaslıq və biblioqrafiya fakültəsində təhsil almışdır.

Zəminə Məhəmməd qızı Əsgərova 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan diasporu” şöbəsinə elmi işçi vəzifəsinə qəbul olunmuşdur. “Elmi şuranın 13 iyul 2005-ci il 06 saylı iclasında ona tarix üzrə fəlsəfə doktoru elmi dərəəcəsi almaq üçün “Türkiyədə Azərbaycan diasporunun formalaşması” adı ilə dissertasiya mövzusu təsdiqlənmiş və Tarix İnstitutuna dissertant qəbul olunmuşdur.

2017-ci ilin 29 noyabr tarixində tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Türkiyədə Azərbaycan diasporunun formalaşması (XX əsr)” adlı dissertasiya mövzusunu müdafiə etmişdir.

Z.Əsgərova işlədiyi müddət ərzində 25-dən artıq elmi məqaləsi nəşr olunmuş, iki kitabın həmmüəllifi olmuşdur.

Ailəlidir, iki övladı var. 

Nəşr olunmuş elmi əsərlərinin siyahısı

1. Çağdaş Azərbaycan diasporu // Azərbaycan XXI əsr-2000, - 4-10 oktyabr

2. Dünya azərbaycanlılarının milli həmrəyliyi // Mərhəmət. – 2002, - 2-9 dekabr

3. Dünya azərbaycanlılarının I qurultayı: Dünya azərbaycanlılarını bir araya gətirən məclis // Xalq qəzeti. – 2001, - 28oktyabr

4. Milli mədəniyyətimizin təbliği haqqında // Elm – 2004, - 22 iyun

5. Rusiyada Azərbaycan diasporu // Xəzər-xəbər. – 2001. – 1 yanvar

6. XX əsrin əvvəllərində azərbaycanlıların Türkiyə miqrasiyasının sosial-siyasi səbəbləri. Bakı Dövlət Universitetinin xəbərləri, Hümanitar elmlər seriyası, Elmi metodik jurnal, 2014, N4. S. 92-102

7. Birinci Dünya Müharibəsi illərində azərbaycanlıların Türkiyəyə mühacirəti. AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu, Elmi əsərlər, “Birinci Dünya Müharibəsi və Azərbaycan” mövzusunda Beynəlxalq elmi konfransın materialları. Bakı, N48, 49, 50/ 2014, s.309-312.

8. Türkiyədə Azərbaycan diasporunun milli mədəniyyət mərkəzlərinin yaranması və fəaliyyəti. Pedaqoji Universitet xəbərləri: Humanitar elmlər bölməsi. Bakı, 2014, N2, s.199-204.

9. II Dünya müharibəsindən sonra Türkiyədə Azərbaycan diasporunun genişlənməsini şərtləndirən amillər. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və etnoqrafiya İnstitutu. Bakı, 2013, N2, s.1950-199.

10. Azərbaycan xalqının soyqırım həqiqətlərinin Dünya İctimaiyyətinə çatdırılmasında Türkiyədəki Azərbaycan Diasporunun rolu. AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu, Elmi əsərlər, “Azərbaycan və Şərqi Anadoludakı Türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914 -1920)” mövzusunda III Beynəlxalq elmi konfransın materialları. Bakı, 56, 57, 58/2015, s.219-224

11. Türkiyədə azərbaycanlıların məskunlaşması tarixindən “Azimut”, “Hərbi Birlik” jurnalının hərbi elmi-nəzəri bülleteni. Bakı, N2 (13) mart-aprel 2016, s. 72-75

12. “Gülüstan” (1813) və “Türkmənçay” (1928) müqavilələrindən sonra Şimali Azərbaycanda siyasi vəziyyət və yeni miqrasiya dalğası. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universiteti. Azərbaycanşünaslığın aktual problemləri, ümumilli lider H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş VIII Beynəlxalq elmi konfransının materialları. Bakı: Azərbaycan, 4-5 may, 2017, 200-202 s.

13. Türkiyədə Azərbaycan diasporunun yaranması və formalaşması tarixindən. AMEA. A.A. Bakıxanov adına Tarix İnstitutu, Elmi əsərlər, 2018, cild 69, s.120-127.

14. Türkiyədə Azərbaycan diasporunun fəaliyyətində “Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi “, “Dünya Azərbaycanlıları: Tarix və Müasirlik” mövzusuna həsr olunmuş II Respublika Elmi Konfransının materialları, Bakı, 2018, 386s., s.200-210

15. “Azərbaycan Xalq Cümhuriyyəti nümayəndələrinin Türkiyəyə mühacirəti və fəaliyyəti” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Müsəlman Şərqində İlk Parlamentli Respublika” mövzusunda Beynəlxalq elmi konfransın materialları: 21-23 may Bakı Dövlət Universiteti. Bakı, 2018, 1110 s, s.620-625

16. Türkiyədə Azərbaycan diasporunun təşəkkül tarixi və fəaliyyəti. Azərbaycan diasporu: tarix və müasirlik: AMEA A.A.Bakıxanov adına Tarix İnstitutru. Bakı, “Turxan” NPB”, 2016, 379s, s.83-137.

17. Elmi diaspor: fəaliyyət istiqamətləri. Azərbaycan diasporu: Transmilli əlaqələr. Bakı: Avropa, 2018, 199s, s.104-122.

18. Milli diasporumuzun elmi irsi – Azərbaycan yurd bilgisi. Azərbaycan diasporu: Transmilli əlaqələr. Bakı: Avropa, 2018, 199s, s.122-131.

19. Азербайджанскайа диаспора Турции в 20-30 годах ХХ вeка. Националъный педагогичний университет имени М.П.Драгоманова ВГО Украинсъка академия наук Видавництво «Гилея» : науковый висник Збирник наукових працъ, винуск 131 (№4) Киев, 2018, с 230-232.

20. Азербайджанскайа диаспора в Турции после оккупации Северного Азербайджана демократической Республики. The Caucasus and the vorld-international Scientific Journal, Кавказ и Мирмеждинародной научный журнал. Тбилиси, 2015, №19, с 103-10 с.

21. Prezident İlham Əliyev və Azərbaycan Diasporunun təşəkkülü, Fəaliyyəti məsələləri:Azərbaycan diasporu: tarix və müasirlik. AMEA.A.A.Bakıxanov adına Tarix İnstitutu. Bakı: “Turxan” NPB, 2016, 379 s, s 33-43.

22. Milli diaspor tarixşünaslığında Azərbaycan ziyalılarının elmi irsi. “Elm tarixi və elmşünaslıq: fənnlərarası tədqiqatlar mövzusunda I beynəlxalq elmi konfrans. Bakı: Nurlan, 2018, 379s, s182-189.

23. Azərbaycan diasporunun formalaşmasının tarixi mərhələləri. Bakı universitetinin xəbərləri: Humanitar elmlər seriyası. Bakı, 2014, №1, 206s, s 139-144.

24. Azərbaycan Dövlət Müstəqilliyinin bərpası və Azərbaycan diasporu: Azərbaycan Respublikası uğurlar və perspektivləri Beynəlxalq elmi konfransın materialları. Bakı, 16 noyabr 2011-ci il. Bakı, 2012, 271s, s174-177

25. Azərbaycan diasporunun ilk icmaları və onları doğuran səbəblər: fəaliyyəti. Bakı Universitetinin xəbərləri: Humanitar elmlər seriyası. Bakı, 2011, №2, 272s, s 166-171.

26. Mərkəzi Asiya Respublikalarında və Qazaxıstanda Azərbaycan Diasporunun təşəkkül tarixi. Azərbaycan tarix Qurumu: Tarix və Gerçəklik. Bakı, 2011, №1, 79s, s 61-66.

27. Milli ideya məsələlərinin təbliğində Azərbaycan diasporunun rolu. İşıq: ədəbi, ictimai, elmi, mədəni jurnal. Bakı, 2012, №4 (72), s (6-9

Paylaş: