AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

NƏCİYEV ELNUR RASİM OĞLU

NƏCİYEV ELNUR RASİM OĞLU

Azərbaycan Diaspor şöbəsinin elmi işçisi.

Elnur Rasim oğlu Nəciyev 1989-cu il, avqust ayının 27-də Bakı şəhərində anadan olub.

2006-ci ildə Səbail rayonunun 50 saylı orta məktəbini bitirdikdən sonra ali məktəbə qəbul olmuşdur. 2006-2010-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almış, tarixçi və tarix müəllimliyi ixtisasına yiyələnmişdir.

2010-ci ildə  Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixşünaslıq və mənbəşünaslıq ixtisası üzrə magistratura pilləsinə qəbul olunub. 2010-2011-ci illərdə Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra ali təhsilini davam etdirib. 2013-cü ildə magistratura pilləsində təhsilini başa vuraraq Azərbaycan tarixinin mənbəşünaslıq və tarixşünaslığı ixtisasına yiyələnmişdir.   

2013-cü ildə “Vətən tarixi” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın tarixi demoqrafiyası” şöbəsinin əyani doktoranturasına qəbul olub. 2017-ci ildə “Səfəvilər dövlətinin əhalisi (tarixi-demoqrafik tədqiqat)” mövzusunda doktorluq dissertasiyasını baş vurub. Elmi işinin müdafiəsinə hazırlaşır.

Ailəlidir.

Elmi fəaliyyəti

2013-2016-cı illərdə Bakı Dövlət Universitetində “Mənbəşünaslıq”, “Toponimika”, “Tarixşünaslıq” (bu fənlərin mühazirələri onun tərəfindən yenidən işlənib), “Tənqidi Təfəkkür” (fənnin mühazirələri onun tərəfindən hazırlanıb), “ABŞ tarixinin mənbəşünaslığı” (fənnin mühazirələri onun tərəfindən hazırlanıb) fənləri üzrə saat hesabı müəllim işləyib.

2016-cı ildə Bakı Asiya Universitetində “Beynəlxalq Münasibətlər tarixi”, “Böyük Britaniyanın xarici siyasəti” fənləri üzrə (bu fənlərin mühazirələri onun tərəfindən hazırlanıb)  Saat hesabı müəllim işləyib.

2016-cı ildə “Azərbaycan Tarixi Elektron Kitabxanası” saytını yaratmış və hal-hazırda bu saytı Günay Məmmədova ilə birlikdə 3 dildə (Azərbaycan, rus və ingilis) idarə edir. 

2017-ci ildə AMEA Tarix İnstitutu, Azərbaycan Diaspor şöbəsinin elmi işçisi, eyni zamanda 2019-cu il mart ayının 19-dan isə İctimaiyyətlə əlaqələr şöbəsində İnstitutun rəsmi veb saytına və rəsmi yutub kanalına məsul şəxs - baş mütəxxəsisdir. Tarix İnstitutunun tədbirlərində video və foto çəkilişlər də edir.   

2017-ci ilin fevralında AMEA Tarix İnstitutunun rəsmi youtube kanalını yaradaraq həmin gündən indiyə qədər orada 300-dən çox video yerləşdirmişdir. 

2018-ci ildə AMEA Tarix İnstitutunun rəsmi veb-saytını – tarixinstitutu.az (istoriya.az, tarikh.az, azerbaycanhistory.az) tamamilə yeniləyərək onu yenidən hazırlamışdır. Hal-hazırda bu saytın 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyətini həyata keçirir.

Azərbaycan Vikipediyasında könüllü fəaliyyət göstərərək tarixi məqalələrin yaradılması və redaktəsi ilə məşğul olur. O, Dünya Azərbaycanlıları Konqresinin və Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvüdür. 2018-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən Gənc Alimlər və Mütəxəssislər Şurasının sədrinin müavinidir.

2019-cu ilin mart ayından başlanan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ASAN Radio ilə birgə “Azərbaycan tarixi” adlı layihəsinin videolarını  hazırlayır. 

Əsərləri

  1. Nəciyev E. Bakının azadlığı nə üçün lazim idi? Güney Azadlıq Səsi veb saytında. 16.09.2009
  2. Nəciyev E. 1514-cü il Təbriz sürgünləri. Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. General Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış. Bakı, 2015, c.4, s. 82-89
  3. Наджиев Э. Населения Дербента при государстве Сефевидов// Материалы Международной научной конференции.  «Дербент в историческом процессе Кавказа и России», посвященной 2000-летию г. Дербента. Махачкала, 2015 , c. 294-301
  4. Nəciyev E. Səfəvilər dövlətinin inzibati-ərazi bölgüsü//“Kitabi-Dədə Qorqud” və türk dünyası. “Kitabi-Dədə Qorqud”un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı, 29 dekabr, 2015, s. 774-782
  5. Neciyev E. Safeviler döneminde Nahçıvan’ın şehir hayatı//Nahçıvan ve Doğu Anadolu abideleri uluslararası sempozyumu (Dünü, bugünü ve yarını), 11-12 mayıs, 2015, Nahçıvan, 2016, s. 334-341
  6. Nəciyev E. Səfəvilər dövlətində əhalinin miqrasiyası//Pedaqoji Universitetin xəbərləri. Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası, Bakı, 2016, c.64, №2, s. 177-190
  7. Nəciyev E. Səfəvilər dövlətində əhalinin dini tərkibi//Bakı Universitetinin xəbərləri. Humanitar elmləri seriyası, 2016, №3, s. 139-147
  8. Nəciyev E. Səfəvilər dövlətində əhalinin demoqrafik tərkibi //Материалы V Международной научно-практической интернет – конференции «Евразийское пространство в мировой цивилизации» посвященная 25-летию Независимости Казахстана. Астана, 2016, c. 13-18
  9. Наджиев Э. Демографические проблемы в Сефевидском государстве вызванные болезнями//"Гілея: науковий вісник": Збірник наукових праць, 2016, Випуск 110 (№7), c. 145-149
  10. Nəciyev E. Səfəvilər dövlətinin Xəzəryanı şəhərlərinin əhalisi//Pedaqoji Universitetin xəbərləri. Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası, Bakı, 2017, c.65, №3, s. 100-112
  11. Nəciyev E. Denikinçilərin və erməni daşnaklarının Lənkəran qəzasında törətdiyi soyqırım// AMEA Tarix İnstitutu “Elmi Əsərlər” “XX əsrdə türk-müsəlman əhaliyə qarşi soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfransın materialları. Xüsusi Buraxılış. №,64,65,66. Bakı, 2017, s.317-322
  12. Nəciyev E. 555 illik bir məzarın tarixçəsi//Azərbaycan tarixi şəcərə cəmiyyətinin xəbərləri, X buraxılış, Bakı, 2018, s. 236-246
  13. Nəciyev E. Milli elmin inkişafında Azərbaycan diasporunun rolu//Azərbaycan diasporu: transmilli əlaqələr. Bakı: Avropa, 2018, s. 131-152
  14. Nəciyev E. Rusiyanın Avropa ölkələri və Türkiyə ərazisində “Cənub Qaz Dəhlizi”nə qarşı fəaliyyəti, bu istiqamətdə potensial təsir imkanları və istifadə etdiyi vasitələr. Beynəlxalq Münasibətlər və Beynəlxalq İqtisadiyyat sahələri üzrə UNEC Tədqiqat fondunun təşkilatçılığı ilə keçirilən “Helios” müsabiqəsinə 2 dildə (Azərbaycan və ingiliscə) təqdim olunub. 2018-ci il.
  15. Nəciyev E. Azərbaycan Xalq Cümhuriyyətinin tarix elminin inkişafında yeri və rolu//Müsəlman Şərqində ilk parlamentli respublika. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları. 21-23 may, Bakı, 2018, s. 728-732   
  16. Nəciyev E. Səfəvilər dövlətində əhalinin miqrasiyası tarixindən // “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I beynəlxalq elmi konfransın materialları. Bakı: Nurlan, 2018, s. 370-378
  17. Neciyev E. Anadolu'dan Safevi Devleti'ne göçler. XVIII. Türk Tarih Kongresi. 1-5 Ekim Ankara, 2018, çapa hazırlanır.
  18. Nəciyev E. Mustafa Kamal paşanın general Harbordla görüşündə Azərvaycan məsələsi//Gənc tarixçi tədqiqatçıların “Elm günü”nə həsr olunmuş respublika konfransının materialları. Bakı: Turxan NPB, 2019, s. 53-54  
  19. Şeyx Cüneyd türbəsinin tarixi. Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu. 12-15 dekabr, 2018, (materialları çapa hazırlanır)(Günay Məmmədova ilə həmmüəllif)
  20. Students learning Wikipedia editing by attending Wikicamp at Nabran. Coauthor with Gunay Mammadova.

Əldə etdiyi nailiyyətlər 

  1. 2019-cu il 28 sentyabr tarixində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin təşkil etdiyi Fars dili kursunu ali səviyyədə (fevral, 2019) ali səviyyədə yaxşı qiymətlə bitirdiyi üçün sertifikatla təltif olunub.
  2. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan bölməsinin 2019-cu il 19-21 iyun tarixlərində təşkil etdiyi “Nadir şah Əfşar: Tarixin gedişini dəyişdirən dahi sərkərdə”yə həsr olunmuş beynəlxalq elmi konfransda AMEA MEK-in əməkdaşı Günay Məmmədova ilə birlikdə “Nadir şahın köçürmə siyasəti” mövzusunda məruzə ilə çıxış etdiyinə görə sertifikatla təltif olunmuşdur.
  3. AMEA İctimai Elmlər Bölməsinin və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2019-cu il 9-13 iyul tarixlərində təşkil etdiyi “Gənc arxeoloqların yay məktəbi -2019” adlı layihədə fəal iştirak etdiyinə görə diplomla təltif olunub. Layihədə “Qəbələ tarixi arxeoloji tədqiqatlar əsasında” mövzusunda məruzə ilə də çıxış etmişdir.
  4. “Azərbaycan Vikimedia Könüllüləri” ictimai birliyi tərəfindən Sumqayıt Texnologiyalar Parkının dəstəyi ilə 2019-cu il 13-14 iyul tarixlərində Şamaxı şəhərində təşkil edilən Vikipediyaçıların yay düşərgəsində iştirak etdiyinə görə sertifikatla təltif olunub. Bu yay düşərgəsində AMEA MEK-in əməkdaşı Günay Məmmədova ilə birlikdə “Vikipediyanı necə təqdim və təbliğ etməli” mövzusunda məruzə ilə çıxış etmişdir. (Təəssüratlarla bağlı tərəfimizdən video hazırlanıb. Bax: Azerbaijani Wikipedians summer camp in Shamakhi)
  5. ProDemos İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarıına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 2019-cu il 10-13 avqust tarixlərində Nabranda təşkil edilən "WikiCamp 2019" gənclərin Vikipediya bacarıqlarının inkişaf etdirilməsi təlimlərində iştirakına görə sertifikatla təltif olunub. (Təəssüratlarla bağlı tərəfimizdən video hazırlanıb. Bax: Wikicamp in Nabran - Part 1)  
  6. 2018-ci ildə Beynəlxalq Münasibətlər və Beynəlxalq İqtisadiyyat sahələri üzrə UNEC Tədqiqat fondunun təşkilatçılığı ilə keçirilən “Helios” müsabiqəsinin qalibi olub. Azərbaycan və ingilis dillərində yazdığı “Rusiyanın Avropa ölkələri və Türkiyə ərazisində “Cənub Qaz Dəhlizi”nə qarşı fəaliyyəti, bu istiqamətdə potensial təsir imkanları və istifadə etdiyi vasitələr” məqaləsinə görə sertifikatla təltif olunub və pulla mükafatlandırılıb.  (Məqalə azərbaycanca: Rusiyanın Avropa ölkələri və Türkiyə ərazisində “Cənub Qaz Dəhlizi”nə qarşı fəaliyyəti, bu istiqamətdə potensial təsir imkanları və istifadə etdiyi vasitələrMəqalə ingiliscə: Russia’s actions against the Southern Gas Corridor in the European countries and Turkey, its impacts and means of action in this directon)
  7. 2018-ci ildə Azərbaycan Tarix Qurumu İctimai Birliyi ilə Tarix İnstitutunun 30 noyabr-1 dekabr tarixlərində birgə təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycan Tarix Qurumu İctimai Birliyinin yaranmasının 25 illiyən həsr olunmuş “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfransda iştirak etdiyinə görə sertifikatla təltif olunub.
  8. 2018-ci ildə Lənkəranda keçirilən “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu”nda məruzə ilə çıxış edərək sertifikatla təltif olunub.
  9. 2018-ci ildə Türk Tarix Qurumunun Ankarada 1-5 oktyabr tarixlərində keçirilən XVIII. Türk Tarih Kongresində məruzə ilə çıxış edərək sertifikatla təltif olunub. 
  10. 2018-ci ildə Qusarda keçirilmiş “XX əsrdə Türk-müsəlman xalqlarına qarşı soyqırımları”na həsr olunmuş V Beynəlxalq elmi konfransda iştirakına görə sertifikatla təltif olunub.
  11. 2017-ci ildə Lənkəranda keçirilmiş “XX əsrdə Türk-müsəlman xalqlarına qarşı soyqırımları”na həsr olunmuş IV Beynəlxalq elmi konfransda məruzə ilə iştirakına görə sertifikatla təltif olunub.
  12. 2017-ci ildə Clarivate Analytics proqramı ilə bağlı keçirilən təlimdə iştirakına görə sertifikatla təltif olunub.
  13. 2017-ci ildə Gənc mütəxəssis olaraq 2017-ci ildə Tarix İnstitutunun elmi və ictimai həyatında fəal iştirakına görə AMEA Tarix İnstitutunun Fəxri fərmanı ilə təltif olunub. 
  14. 2017-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təşkil edilən  “AzScienceNet”: mövcud vəziyyət, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi praktiki seminarında iştirak etdiyinə görə sertifikatla təltif olunub.
  15. 2017-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun rəsmi veb saytını hazırlamağa başlayıb və tarixinstitutu.az (istoriya.az, azerbaycantarixi.az, azerbaijanhistory.az, tarikh.az) saytı rəsmən 2018-ci ilin noyabrından onun idarəçiliyi ilə 3 dildə fəaliyyət göstərir. 
  16. 2017-ci ildə Azərbaycanca Vikipediyada redaktə və istifadə qaydaları ilə bağlı Mərkəzi Elmi Kitabxanada keçirilən təlimdə iştirak edib uğurla fəaliyyət göstərdiyinə görə sertifikatla təltif olunub.
  17. 2017-ci ildə Vikipediyada keçirilən “Asiya ayı” mövzulu ayında fəal iştirak edib qalib olduğuna görə Vikipediya rəhbərliyi tərəfindən “Asiya səfiri” sertifikatı ilə təltif olunub. 
  18. 2017-ci il 31 avqust tarixində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin təşkil etdiyi bir illik (2016-cı ildə) Fars dili kursunda iştirak etdiyinə və bu kursu orta səviyyədə əla qiymətlə bitirdiyinə görə sertifikatla təltif olunub.
  19. 2017-ci ilin iyun, iyul, avqust aylarında "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Naxçıvan ayı”, "Vikidata-Azərbaycanlılar ayı”, "Nəqliyyat ayı" layihələrində iştirak edib ikinci yer tutduğuna görə virtual olaraq gümüş medallarla, "Başqırdıstan və Tatarıstan ayı" layihəsində iştirak edib 3-cü yer tutduğuna görə bürünc medalla təltif edilib. Ətraflı bax: İstifadəçi:Elnur_Neciyev
  20. MEK-in “Vikipediya” Metodik Mərkəzi tərəfindən təşkil edilən təlimlərin könüllüsü kimi Vikipediyanın "Mövzulu ay" layihəsindəki uğurlarına görə 2017-ci ilin noyabrında müəssisə rəhbərliyi tərəfindən "Təşəkkürnamə” və hədiyyələrlə təltif olunub. 
  21. 2016-cı il, may ayının 10-da öz saytını – lib.az (Azərbaycan Tarixi Elektron Kitabxanasını) yaradıb və 8 sentyabr tarixində istifadəyə verib.
  22. 2016-cı ildə Qazaxıstan Respublikasının 25 illiyi ilə bağlı “Avrasiya məkanı dünya sivilizasiyasında” V beynəlxalq elmi-praktiki internet konfransında iştirak edib məruzə ilə çıxış etdiyinə görə sertifikatla təltif edilib.
  23. 2016-cı il 11 yanvar tarixində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin təşkil etdiyi bir illik (2015-2016-cı illərdə) Fars dili kursunda iştirak etdiyinə və bu kursu ibtidai səviyyədə əla qiymətlə bitirdiyinə görə sertifikatla təltif olunub.
  24. 2013-cü ildə “İFSC Climbing World Cup Baku 2013” yarışında hakimlik etdiyinə görə İFSC-nin Juri prezidenti Markus Fillafer tərəfindən sertifikatla təltif olunub.
  25. 2013-cü ildə GİZ Azərbaycan Biomüxtəliflik Proqramı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkil etdiyi Bələdçilik üzrə təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə diplomla təltif olunub.
  26. 2012-ci ildə RF-nın subyekti olan Dağıstan Respublikasının mərkəzi Mahaçqalada keçirilən Qafqaz uğrunda mübarizənin 70 illiyinə həsr olunmuş «Кавказ в Великой Отечественной войне 1941-1945 г.: Взгляд через 70 лет» adlı respublika elmi konfransında iştirak edərək “Национальный сепаратизм на Северном Кавказе в годы Второй мировой войны” adlı məruzə ilə çıxış edib. 
  27. 2012-ci ildə Şahdağ zirvəsinə (4243 m), 2013-cü ildə Heydər Əliyev zirvəsinə (3751 m), Bazardüzü zirvəsinə (4466 m) uğurla dırmanmaya görə sertifikatla təltif olunub.
Paylaş: