AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

İSMAYILOVA GÜNEL FAZİL QIZI

İSMAYILOVA GÜNEL FAZİL QIZI

 AMEA A.A.Bakixanov adına Tarix İnstitutunun elmi işçisi və dissertantı.

İsmayılova Günel Fazil qızı 6 may 1989-cu ildə Bakı şəhərində anadan olub.

1995-2006 ci illərdə Bakı şəhəri Xətai r-nu 17 saylı orta məktəbdə təhsil alıb.

2006-ci ildə Bakı İslam Universitetinin ilahiyyat fakültəsinə daxil olmuş, 2011- ci ildən isə ilahiyyatçı kimi ixtisası bitirib.

2014-cu ildən 2015-ci ilə kimi AMEA Mərkəzi Elmi Kitabxanasının “Beynəlxalq və İctimai əlaqələr” şöbəsində ərəb dili üzrə mütəxəssis və tərcüməçi kimi çalışmışdır.

2015-ci ildən etibarən AMEA A.A.Bakixanov adına Tarix İnsitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin elmi işçisi kimi işə başlamışdır.

2018-ci ildən isə AMEA A.A.Bakixanov adına Tarix İnsitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin dissertantıdır.

Azərbaycanın XV əsr tarixi Misir Məmlük mənbələrində adlı tədqiqat işi ilə məşğuldur.

2017-2019 cu illərdə Bakı İslam Universiteti və Qərbi Kaspi Universitetində Ərəb dili müəllimi kimi çalışmışdır.

Bir çox tarixi monoqrafiyalarının ərəb-dilinə tərcüməçisi və məsul redaktorudur.

Subaydır.

Məqalələr

1.Misir Tarixçisi Əbdül-Mühsin Cəmallədin Yusif bin Təğriberdi bin Abdullah Əz-Zahiri və onun “Ən-Nücum Əz-Zahira fi-l Mülük Misir va l-Qahirə əsərində Ağqoyunlu dövlətinə dair məlumatlar. Tarix və onun problemləri. BDU. Bakı. //2016.s.261

2.Azərbaycanın XV əsr tarixi Misir mənbələrində.  Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri.  Respublika elmi-praktik konfransı 18-19 May 2017-ci il, Bakı. BDU // 2017.s.26

3. XV əsr Azərbaycan elm və mədəni həyatı Misir mənbələrində.  Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sovet İttifaqı qəhrəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq elmi konfrans. 16-17 oktyabr 2017- ci il, Bakı. AMEA Akad Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu. Bakı //2017.S.71

4. Misir Tarixçisi Əbdül-Mühsin Cəmallədin Yusif bin Təğriberdi bin Abdullah Əz-Zahiri və onun “Ən-Nücum Əz-Zahira fi-l Mülük Misir va l-Qahirə əsərində Qara Yusifin fəaliyyətinə dair məlumat. AMEA A.A.Bakixanov adına Tarix İnstitutu//2017s.138

5.  Misir Məmlük Tarixçilərinin əsərlərində Qaraqoyunlu və Teymurilər dövləti // “Elm tarixi və elmşünalıq: fənlərarası tədqiqatlar” mövzusunda I beynəlxalq elmi konfrans. 29-30 oktyabr 2018. s.354-359

6. РОЛЬ ИНСТИТУТА ИСТОРИИ НАН в пропаганде историко-культурного наследия Иревана в арабо-исламском мире // “İslam sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpoziumun materiallar (tezislər) (11-13 iyul, 2019)- Bakı 2019. S.384-387

Tərcümələr

1. Ərəb dilinə tərcümə edilmiş “İrəvan xanlığı.Erməni vandallarının yox etdiyi İrəvan məscidi” kitabının ərəb dili üzrə məsul redaktoruyam - "امارة ايراوان :قصر الامير الذى ابادة الأَرمنُ المخربون".. // AMEA A.A.Bakixanov adına Tarix İnstitutu//2018. s.44

2. Ərəb dilinə tərcümə edilmiş “İrəvan xanlığı. Erməni vandallarının yox etdiyi xan sarayı” kitabının ərəb dili üzrə məsul redaktoruyam  قصر الامير الذى اباده المخربون الارمنُإمارة إيراوان// AMEA A.A.Bakixanov adına Tarix İnstitutu//2018//s.48

3 Ərəb dilinə tərcümə edilmiş  “İrəvan xanlığı.Çuxursəd hakimləri və İrəvan xanları” kitabının ərəb dili üzrə məsul redaktoruyam. "أمراء جخور سعد و حكام إيراوان" // AMEA A.A.Bakixanov adına Tarix İnstitutu//2018//s.48

4.  Ərəb dilinə tərcümə edilmiş  “İrəvan xanlığı. İrəvan qalası Qəhrəmanlıq qalası” kitabının məsul redaktoruyam.

// AMEA A.A.Bakixanov adına Tarix İnstitutu//2018//s.48إمارة  إيراوان- قلعة إيراوان – قلعة البطول

5. Akademik Yaqub Mahmudovun “Real tarix və Böyük Ermənistan uydurması” tarixi kitabını ərəb dilinə tərcümə etmişəm.

 // AMEA A.A.Bakixanov adına Tarix İnstitutu//2018//s.144"التاريخ الحقيقي" و"أوهام أرمينيا الكبرى"

6. t.ü.f.d Cəbi Bəhrəmovun “Azərbaycanın xəzər nefti ; tarix müasir dövr” adlı elmi məqaləsini ərəb dilinə tərcümə etmişəm.

نفط قزوين لأذربيجان: التاريخ والعهد الحديث ص -14. 2018

Paylaş: