AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

CAMALOVA NİGAR İMRAN QIZI

CAMALOVA NİGAR İMRAN QIZI

A.A.Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin kiçik elmi işçisi.

Nigar İmran qızı Camalova 1985-ci ilin martın 29-da Azərbaycan Respublikasının Qəbələ rayonunda anadan olmuşdur. 1991-2002-ci illərdə Ağdaş rayon (şəhər), S. Vurğun adına 2 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəbdə oxuyarkən bir neçə dəfə idman yarışlarının (şahmat, stolüstü tennis, volleybol) və fənn olimpiadalarının qalibi olmuşdur. 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr (əyani), 2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Azərbaycan tarixinin yeni və müasir dövrü” ixtisas istiqaməti üzrə magistratura (qiyabi) təhsili almışdır. Hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-2014-cü illərdə A.A.Bakıxanov adına Tarix İnstitutunun “Beynəlxalq münasibətlər tarixi” ixtisas istiqaməti üzrə doktorantura təhsili almışdır. Azərbaycan Respublikasında doktoranturaya ilk imtahanların 2011-ci ildə keçirildiyini nəzərə alsaq Nigar İmran qızı Camalova ilk doktorantlardandır.

2006 – 2011-ci illərdə Bakı Yeyinti Sənayesi Texnikumunda (indiki adı Bakı Qida Sənayesi Kolleci) müəllim işləmiş, Azərbaycan tarixi, Tarix, İnsan və cəmiyyət, Fəlsəfə fənlərini tədris etmişdir. 2010-2012-ci illərdə Qobustan Dövlət Tarix-Bədii Qoruğunda elmi işçi və İT üzrə ixtisaslaşmış SİNAM MMC şirkətində Azərbaycanın tarixi abidələri və görməli yerləri haqqında məlumatın toplanması üzrə operator işləmişdir. 2012-ci ildən A.A.Bakıxanov adına Tarix İnstitutunda işləyir.

Respublika və xarici ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda, seminar, təlim və kurslarda iştirak etmiş, diplom (2002-ci ildə Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə III yer, 2014-cü ildə “Mədəni irs və tarix-mədəniyyət qoruqları” mövzusunda ən yaxşı məqalələr müsabiqəsində III yer) və sertifikatlarla (21-22 aprel 2011-ci il tarixlərində Avropa Komissiyası tərəfindən maliyyələşən və dvv international, Lətif Kərimov adına Azərbaycan Xalçası və Tətbiqi sənəti Dövlət Muzeyi, ICOM Azərbaycan təşkilatları tərəfindən icra olunan A-MUSE-ALL layihəsi çərçivəsində təşkil edilən “Sərgi” təlimində iştirak, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə İntel “Gələcək üçün Təhsil” təlim kursunda iştirak, beynəlxalq elmi konfranslarda iştirak və s.) təltif olunmuşdur.

Ailəlidir, 2 övladı var.

Elmi fəaliyyəti:

  1. 2006-ci ildə “İkinci Dünya müharibəsi illərində Azərbaycan legionlarının fəaliyyəti” adlı bakalavr diplom işini müdafiə etmişdir.
  2. 2009-cu ildə ““Qafqaz evi” ideyasını həyata keçirmək uğrunda Azərbaycan siyasi mühacirətinin fəaliyyəti” adlı magistr dissertasiyasını müdafiə etmişdir.
  3. “Ararat (Ermənistan) Respublikasının Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti (1918-1920)” adlı dissertasiya üzərində işləyir.

Kitablar:

  1. İ.M.Cəfərzadə. Məqalələr toplusu. Baş red.: İsmayılzadə Qüdrət. Qobustan Milli Tarix-Bədii Quruğu. Bakı - "YEK Production" , 2012. 624 s. (redaksiya heyətində)
  2. Azərbaycan tarixi arxiv sənədlərində. May-Oktyabr 1918-ci il. Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi Siyasi Arxivinin Sənədləri. Layihə rəhbəri Mahmudov Yaqub. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. Bakı: “Turxan NPB”, 2013. 340 s. (redaksiya heyətində)
  3. Azərbaycan tarixi arxiv sənədlərində. 1918-1919. Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi Siyasi Arxivinin Sənədləri. Layihə rəhbəri Mahmudov Yaqub. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. Bakı: “Turxan NPB”, 2014. 320 s. (redaksiya heyətində)

Məqalələr:

  1. “Qafqaz evi” ideyası və onu həyata keçirmək uğrunda Azərbaycan siyasi mühacirətinin atdığı ilk addımlar // Magistrların və gənc tədqiqatçıların Azərbaycan Xalq Cümhuriyyətinin 89-cu ildönümünə həsr olunmuş VI elmi-praktik konfransının materialları / Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Tarix fakültəsi magistrantlarının və gənc tədqiqatçıların VI elmi-praktik konfransının materialları.  – Bakı: 2007. – s.9-12
  2. “Qafqaz evi” uğrunda mühacirətimizin ideoloji mübarizəsi // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə magistrantların və gənc tədqiqatçıların elmi-praktik konfransının materialları / Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Tarix fakültəsi. – Bakı: 2008. – s.8-11.
  3. Muzeylərdə tariximizin təbliğində kompyuter texnologiyalarının rolu // Azərbaycan tarixinin öyrəbilməsində muzeylərin rolu: II Respublika Elmi Konfransının materialları (18.06.2012, Bakı) / AMEA Milli Azərbaycan Tarixi Muzeyi. – Bakı, 2012. – s.3-7
  4. Ermənistan Respublikasının yaradılması və onun Azərbaycanlılara qarşı soyqırımı siyasəti // Elmi Əsərlər / AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutu / Birinci Dünya müharibəsi və Azərbaycan: beynəlxalq elmi konfransın materialları.- 2014.  – Cild 48,49,50. Xüsusi buraxılış.–  s.418-423.
  5. Qars regionunda soyqırımı //  XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları: IV beynəlxalq elmi konfransın materialları ( 22-27 aprel 2017, Lənkəran);  / Elmi əsərlər /AMEA AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutu.– Bakı, 2017. – Cild 64,65,66. – s.526-530.
  6. Birinci Dünya müharibəsi illərində ermənilərin Osmanlı imperiyası ərazisində dövlət yaratmaq cəhdləri // Elmi Əsərlər / AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutu.– Bakı: 2017. – Cild 68. – s.73-89.
  7. Azərbaycan Xalq Cümhiriyyəti hökumətinin azərbaycanlıların soyqırımının qarşısını almaq üçün gördüyü tədbirlər // Elmi Əsərlər / AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutu.– Bakı: 2018. – Cild 74, 75, 76. – s.119-123.
  8. Ermənistan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə hərbi təcavüzü və azərbaycanlılara qarşı soyqırımı siyasəti // Azərbaycan Cümhuriyyəti – 100 / Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunur; “İçərişəhər” Dövlət tarix memarlıq qoruğu idarəsi. –  Bakı: 2018 – s.410-419.
  9. Ermənistan Respublikasının qədim Azərbaycan torpağı Naxçıvana hərbi təcavüzü və onun nəticələri // Gənc tarixçi tədqiqatçıların “Elm günü”nə həsr olunmuş respublika konfransının materialları / AMEA Tarix İnstitutu. – Bakı: 2019. – s.41-42

***

  1. Dünya Savaşı'nın sonlarına doğru Kafkasya'da Ermenistan Cumhuriyeti'nin oluşturulması // 100. Yılı Münasebetiyle I. Dünya Savaşı'nda Kafkas (Doğu) Cephesi Uluslararası Sempozyumu (25-27 Eylül 2014) / Erzurum, Atatürk Araştırma Merkezi Yayınları – Ankara: 2015. – s. 725-734
  2. Dahi alim Yaqub Mahmudov haqqında xatirələrim // Akademik Tarih ve Düşünce Dergisi –Prof. Dr. Yagub Mahmudov 80. yıl armağanı özel sayısı. Kutlama ve hatıratlar – Türkiyə: DərgiPark, 2019. – Cilt 6 (sayı: 5) – s.504-506
  3. Ararat (Ermənistan) Respublikasının Azərbaycanın Qarabağ bölgəsində soyqırımı və etnik təmizləmə siyasəti (1918-1920) // Akademik Tarih ve Düşünce Dergisi – Türkiyə: DərgiPark, 2020. – Cilt 7 (sayı: 1) – s.719-732
Paylaş: