KAZIMOVA SƏİDƏ ALLAHŞÜKÜR QIZI
Səidə Allahşükür qızı Kazımova 15 sentyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və beynəxalq hüquq” fakültəsində ali təhsil alıb. 1999-cu ildə bakalavr dərəcəsi almış, 1999-2000-ci illərdə isə ali təhsilini həmin fakültədə davam etdirərək 2000-ci ildə magistr dərəcəsi almışdır.
2005-ci ildə AMEA Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” şöbəsinin doktoranturasına qəbul olunub. “ABŞ-da lobbizmin tarixi və siyasi əsasları” adlı elmı iş üzərində çalışmış və mövzunu kompleks şəkildə ingilisdilli tarixşünaslığın materialları əsasında araşdırmışdır.
2005-ci ildən AMEA Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura və doktoranturaya qəbul üzrə direktorun köməkçisi vəzifəsində çalışmış və öz istəyi ilə 2006-cı ildən “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” şöbəsində kiçik elmi işçi kimi fəaliyyət göstərmişdir.
2016-cı ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsində kiçik elmi işçi kimi fəaliyyət göstərir.
Çapdan çıxmış elmi əsərlərinin sayı 6-9-dır. Onlardan 2-si ölkə hüdudlarından kənarda çap olunub.
Elmi məqalələr: