AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

XANMƏMMƏDOVA NƏRMİN ƏLİYAR QIZI

XANMƏMMƏDOVA NƏRMİN ƏLİYAR QIZI

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın tarixi demoqrafiyası” şöbəsinin elmi işçisi.

Nərmin Əliyar qızı Xanməmmədova 27 sentyabr 1989-cu ildə Zərdab rayonunda anadan olub.

2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr pilləsi üzrə ali təhsil alıb. 2012-2014-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirib. 2014-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2015-2018-ci illərdə “Vətən tarixi” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın tarixi demoqrafiyası” şöbəsinin əyani doktoranturasına qəbul olub.Şimali Azərbaycanda qaçqınlara dair dövlət siyasəti (1914-1920-ci illər)” mövzusunda fəlsəfə doktoru disertasiyası müzakirə mərhələsindədir.

2018-ci ilin iyun ayından “Azərbaycanın tarixi demoqrafiyası” şöbəsində kiçik elmi işçi, həmin ilin oktyabr ayından isə elmi işçi vəzifəsində işləyir. Eyni zamanda 2018-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən Gənc Alimlər və Mütəxəssislər Şurasının üzvüdür.

Elmi məqalələri:

  1. Rusiya imperiyasının Qafqaz cəbhəsi qaçqınlarına münasibətdə etno-konfessional ayrı-seçkilik siyasəti (1914-1917-ci illər) //AMEA Tarix İnstitutu Elmi Əsərlər. “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusuna həsr olunmuş IV beynəlxalq elmi konfransın materialları. Xüsusi buraxılış. № 64, 65, 66. 22-27 aprel 2017, Lənkəran.  s. 392-397.
  2. Çar hökuməti və Qafqaz cəbhəsi qaçqınları (1914-1917, fevral) //Qafqazşünasların I Beynəlxalq Forumu. 17-18 aprel, Bakı. Elmi məruzələr. s. 234-239.
  3. Zaqafqaziya Seyminin müsəlman fraksiyası qaçqınlıq problemi haqqında (1918, mart-may) //“Qarabağ dünən, bu gün və sabah” 16-cı elmi-əməli konfransının materialları toplusu. Bakı, 2017. s. 212-217.
  4. Rusiya imperiyasının qaçqınlara dair siyasi-hüquqi fəaliyyəti: formalaşması və əsas istiqamətləri (Birinci Dünya Müharibəsi dövrü) //Tarix və onun problemləri. № 3. Bakı, 2017. s. 84-89.
  5. I dünya müharibəsi dövründə Osmanlıdan Qafqaza erməni miqrasiyası: tarixşünaslığa dair //İNOCTE 2017. II Uluslararası Osmanlı araşdırmalarında yeni eğilimlər kongresi. Doğu ve Batı Türklüğünün Ortak Tarihi Devirleri ve Münasebetleri. 12-14 eylül 2017-Baku. s. 43-51.
  6. Müasir dövrdə Yaxın Şərq dövlətlərindən qaçqınlıq: səbəbləri, dinamikası və istiqamətlərinə dair //Tezislər. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sovet İttifaqı qəhrəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir şərqşünaslığın aktual problemləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda beynəlxalq elmi konfrans. (16-17 oktyabr 2017-ci il, Bakı). Bakı, 2017. s. 65-66.
  7. Rusiyanın erməni qaçqınların Osmanlı dövlətinin işğal edilmiş ərazilərinə qayıtması məsələsində siyasətinə dair. (1915-1918-ci illər) //Gənc alimlərin II beynəlxalq elmi konfransı. 26-27 oktyabr 2017-ci il. Gəncə, 2017.  s. 140-142.
  8. Azərbaycan Xalq Cümhuriyyəti və qaçqınlar problemi: hüquqi sənədlər və onların təhlili //“Qarabağ dünən, bu gün və sabah” 17-ci elmi-əməli konfransının materialları toplusu. Bakı, 2018. s. 189-195.
  9. Cümhuriyyətin qaçqınlara dair fəaliyyətinin institutlaşdırılması: Himayədarlıq nazirliyi (1918-1920) //Bakı Universitetinin Xəbərləri. Hümanitar elmlər seriyası. № 2. Bakı, 2018. s. 206-214.
  10. “Tatyana” komitəsinin Şimali Azərbaycanda fəaliyyətinə dair (1914, sentyabr-1917, fevral) // Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Elmi Əsərləri”. 73-cü cild. Bakı, 2018. s. 180-192.
  11.  Azərbaycandan Osmanlı dövlətinə miqrasiyalar və onun dinamikasına dair (XIX-XX əsrin əvvəlləri) //Qafqazda deportasiyalar. Respublika elmi konfransı. Tezislər. Bakı, 2018.  s.70-71.
  12. The Azerbaijan Democratic Republic's Refugee Crisis //VISIONS of Azerbaijan. Special Issue. 2018. p. 50-53
  13. О деятельности Комитета Татьяны в Северном Азербайджане (1914, сентябрь-1917, февраль) // Гилея. Випуск 132 (№ 5). Киев, 2018. c. 141-145.
  14. Rusiya imperiyasının qaçqınlara dair siyasətində milli təşkilatların rolu: 1914-1917-ci illər. //“Qarabağ dünən, bu gün və sabah” 18-ci elmi-əməli konfransının materialları toplusu. Bakı, 2019. S. 211-222.
Paylaş: