AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

QASIMLI BAHAR FƏZLİ QIZI

QASIMLI BAHAR FƏZLİ QIZI

Təhsil şöbəsinin müdiri.

Bahar Fəzli qızı Qasımlı 1993-cü il, mart ayının 28-də Qax rayonunun İlisu kəndində anadan olub.

2010-cu ildə Nizami adına İlisu kənd orta məktəbini bitirdikdən sonra ali məktəbə qəbul olmuşdur. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və Psixologiya fakültəsində ali təhsil almışdır.

2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika tarixi və nəzəriyyəsi ixtisası üzrə magistratura pilləsinə qəbul olunub. 2017-ci ildə magistratura təhsilini başa vurmuşdur.

2018-ci ildə “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin əyani doktoranturasına qəbul olub. “Azərbaycan tarixşünaslığında Heydər Əliyev irsinin tədqiqi məsələləri” mövzusunda namizədlik dissertasiyasının üzərində işləyir.

Ailəlidir.

Elmi fəaliyyəti

2014-cı ildə “5+” Tədris Mərkəzində müəllim kimi fəaliyyət göstərib.

2016-ci ildə “ASAN Xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib. “ASAN Xidmət” mərkəzində “Master 1” mərhələsini uğurla başa çatdırmışdır.

“2016-ci ildə Narınc Uşaq Psixologiya Mərkəzində könüllü fəaliyyət göstərmiş, “disleksiya və korreksiya metodları” seminarında aktiv iştirakına görə təltif olunmuşdur.

 2015-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda çalışır.

Əsərləri

  1. Qasımlı B. “Azərbaycan Xalq Cümhuriyyətinin tarix elminin inkişafında yeri və rolu” Müsəlman Şərqində ilk parlamentli respublika. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları. 21-23 may, Bakı, 2018, s. 312-322
  2. Qasımlı B. “Xocalı soyqırımı: bəşər tarixinin amansız faciəsi” XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları. V beynəlxalq elmi konfransın materialları. 25-29 aprel, Bakı, 2018, s. 303-314
  3. Qasımlı B. “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi”. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları. 26-30 iyun, Bakı, 2018, s. 317-326
  4. Qasımlı B. “Azərbaycan Xalq Cümhuriyyəti tarixi  Heydər Əliyev irsində”. Elmi əsərlər 77-ci il, Bakı 2017, s.33-45
  5. Qasımlı B. “Azərbaycanda multikultural dəyərlərin tərənnümü”. Elmi əsərlər 67-ci il, Bakı 2017, s.13-26
  6.    Qasımlı B. “A.A.Bakıxanov adına Tarix İnstitutunda Heydər əliyev irsinin araşdırılmasına dair”. Elmi əsərlər 78-ci il, Bakı 2019, s.269-279
  7. Qasımlı B. “Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü müstəqillik dövrü Azərbaycan tarixşünaslığında”. Elmi əsərlər çapa hazırlanır. 

Əldə etdiyi nailiyyətlər 

1.2018-ci ildə Qusarda keçirilmiş “XX əsrdə Türk-müsəlman xalqlarına qarşı soyqırımları”na həsr olunmuş V Beynəlxalq elmi konfransda iştirakına görə sertifikatla təltif olunub.

2.2017-ci ildə Lənkəranda keçirilmiş “XX əsrdə Türk-müsəlman xalqlarına qarşı soyqırımları”na həsr olunmuş IV Beynəlxalq elmi konfransda məruzə ilə iştirakına görə sertifikatla təltif olunub.

3.2018-ci ildə Azərbaycan Tarix Qurumu İctimai Birliyi ilə Tarix İnstitutunun 30 noyabr-1 dekabr tarixlərində birgə təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycan Tarix Qurumu İctimai Birliyinin yaranmasının 25 illiyən həsr olunmuş “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfransda iştirak etdiyinə görə sertifikatla təltif olunub.

4.2018-ci ildə Azərbaycan Tarix Qurumu İctimai Birliyi ilə Tarix İnstitutunun 30 noyabr-1 dekabr tarixlərində birgə təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycan Tarix Qurumu İctimai Birliyinin yaranmasının 25 illiyən həsr olunmuş “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfransda iştirak etdiyinə görə sertifikatla təltif olunub.

5.2017-ci ildə Narınc Uşaq Psixologiya Mərkəzinin Könüllülük diplomuna layiq görülmüşdür.

6.2017-ci ildə Narınc Uşaq Psixologiya Mərkəzi tərəfindən “Disleksiya və korreksiya metodları” seminarında aktiv iştirakına görə təltif olunmuşdur.

Paylaş: