AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

RAMAZANOVA NAILƏ MƏHƏMMƏDŞƏFİ QIZI

RAMAZANOVA NAILƏ MƏHƏMMƏDŞƏFİ QIZI

AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun kiçik elmi işçisi və dissertantı.

1956-ci il noyabrın 7-sində Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra Xarici Dillər universitetinin İngilis dili fakultəsinə daxil olmuşdur. 1976-ci ildə universiteti bitirmiş və 1976-1978-ci illərdə təyinatla Siyəzən şəhər 1 saylı orta məktəbdə ingilis dili fənnini tədris etmişdir.

1979-cu ildə AMEA-nın nəzdində olan SSRİ Xalqlarının Dostluğu Sarayında tərcüməçi kimi işə başlamışdır. 1984-1986-ci  illərdə Azərbaycan televiziyasının “Təbliğat və təşviqat” şöbəsində SSRİ Xalqlarının Dostluğu Sarayında təmsil olunan 15 respublika haqqında mütəmadi olaraq verilişləri aparmışdır. Sonradan “Milli münasibətlər” institutunun “Azsaylı xalqlar və milli azlıqlar” şöbəsində kiçik elmi işçi kimi çalışmışdır. 2003-cü ildə köçürmə yolu ilə A.A. Bakıxanov adına Tarix İnstitutunun “Tərcümə” şöbəsində kiçik elmi işçi kimi fəaliyyətini davam etdirmişdir. 2009-cu ildə “Beynəlxalq münasibətlər tarixi” şöbəsinə keçmiş və dissertant kimi “Azərbaycan-Özbəkistan beynəlxalq əlaqələri (1991-2010-ci illər) adlı dissertasiya üzərində işləməyə başlamışdır. Hal-hazırda dissertasiyasını tamamlamaq üzrədir.

2005-2006-cı illərdə Azərbaycan universitetində və 2006-2008-ci illərdə Xarici dillər universitetində ingilis dili müəllimi işləmişdir.

Qəmərşah Cavadovun “Azərbaycanın az saylı xalqları və milli azlıqları (tarix və müasirlik) Bakı, “Elm” nəşriyatı, 2000, 440 səh. və “Yazdım ki, izim qalsın” (1965-2005-ci illərdə müəllifin dövrü mətbuatda nəşr olunmuş seçilmiş məqalələri) Bakı, “MBM”, 2005, 428 səh. kitablarının korrektoru olmuşdur.

Məqalələri azərbaycan, rus və ingilis dillərində Azərbaycanda və xaricdə nəşr olunmuşdur.

Məqalələr:

  1. Müstəqillik dövründə Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin inkişafı tarixindən ( 1991-2010).// Müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı. Sumqayıt Dövlət Universitetində 13-14 oktyabr 2006-ci ildə keçirilən Respublika Elmi Konfransının materialları. Sumqayıt, 2016- s. 274-276.
  2. Özbəkistanda Azərbaycan diasporunun təşəkkülü və fəaliyyət fonramalı.// Turizm və qonaqpərvərlik tədqiqatları. Tourism and hospitality studies. Beynəlxalq jurnal/ İnternational journal II 7, Say 2, 2018/ Volume 7, number 2, 2018, s. 178-187.
  3. 1990-ci illərin əvvəlində Azərbaycan-Özbəkistan siyasi əlaqələrinin yenidən qurulmasında Türkdilli Dövlətlərin Zirvə Toplantılarının rolu.// Turizm və qonaqpərvərlik tədqiqatları. Tourism and hospitality studies. Beynəlxalq jurnal/ İnternational journal II 7, Say 3, 2018/ Volume 7, number 3, 2018, s. 117-124.
  4. Azərbaycan-Özbəkistan ədəbi əlaqələrində tərcümənin rolu.// “Mədəniyyətlərarası Dialoqda Bədii Ədəbiyyatın Rolu” mövzusunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiki yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın Materialları 04-05 dekabr 2018-ci il. Sumqayıt Dövlət Universiteti. SDU: 2018, s. 385-387.
  5. Культурные Центры Азербайджанцев в Узбекистане.// Узбекистан Республикаси Фанлар Академияси Абурайхон Беруний НОТИДАТИ Шаркшунаслик Институту «Фан» нашриети, давлат корхонаси Тошкент-2019, с. 263-265.
  6. Ədəbiyyat memarı Maqsud Şeyxzadə.//Maqsud Şeyxzadənin 100 illik yubileyinə həsr olunmuş “İki xalqın oğlu Maqsud Şeyxzadə” adlı kitab. Bakı-2019, s. 142-149
  7. Отношения Азербайджана со странами Центральной Азии.// Материалы V международного конгресса Кавказоведов,  Тбилиси, 2019 год с.228-229.
  8. Azerbaijan’s relations with Central Asian countries.// Proceedings of V International Congress of Caucasologists, Tbilisi, 2019,  p.403-404
Paylaş: