AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

RƏHMANZADƏ ŞAMİL FAZİL OĞLU

RƏHMANZADƏ ŞAMİL FAZİL OĞLU

Tarix üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qafqaz tarixi” şöbəsinin aparıcı elmi işçisi, dosent.

Rəhmanzadə Şamil Fazil oğlu 1972-ci il, iyul ayının 29-da anadan olmuşdur. Ali təhsillidir. 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan EA A.A.Bakıxanov adına Tarix Institutu nəzdində aspiranturaya daxil olmuşdur.

Ş.F. Rəhmanzadə 1998-ci ilin yanvarında Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın yeni tarixi» şöbəsində kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2003-cü ilin yanvarından isə yenicə yaradılmış «Qafqaz tarixi» şöbəsində çalışır. 2004-cü ildən attestasiyanın nəticələrinə görə elmi işçi vəzifəsinə, 2007-ci ilin dekabrında böyük elmi işçi, 2014-cü ilin iyulunda aparıcı elmi işçi vəzifəsinə keçirilmişdir.

2012-ci ilin yanvarında Ş.F.Rəhmanzadə Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. 2018-ci ildə dosent elmi adı almışdır.

İnstitutda çalışdığı müddətdə Ş.F.Rəhmanzadənin Azərbaycanın şimal-qərb bölgəsinin tarixinə, habelə Azərbaycan – Gürcüstan münasibətlərinə, Azərbaycanda mədəni maarifçiliyə və s. mövzulara dair müxtəlif nəşrlərdə 30-dək məqaləsi çap olunmuşdur. Ş.F.Rəhmanzadə bir fərdi və dörd kollektiv monoqrafiyanın, o cümlədən Səmərqənddə UNESCO-nun təşəbbüsü və dəstəyi ilə beynəlxalq elmi layihə çərçivəsində rus və ingilis dillərində işıq üzü görmüş “Qafqazda və Mərkəzi Asiyada ictimai-mədəni islahatçılığın tarixi” adlı monoqrafiyanın həmmüəlliflərindəndir.

Şamil Fazil oğlu Rəhmanzadə Azərbaycan Respublikasında, Rusiyada Türkiyədə, Yunanıstanda, Bolqarıstanda, Özbəkistanda, Belarusda, Ukraynada keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmişdir.

Monoqrafiyaları:

  • Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri). Bakı, “Aspoliqraf”, 2008, 376 səh.
  • Şimal-Qərbi Azərbaycan tarixi. Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011, 424 s. – həmmüəllif (III fəslin 2 və 3 paraqrafları – s. 313-389)
  • История общественно-культурного реформаторства на Кавказе и в Центральной Азии (XIX – начало XX века). Самарканд: МИЦАИ, 2012. 335 с. (həmmüəllif)
  • The history of publik and cultural reformation in the Caucasus and Central Asia (19th – early 20th  century). Samarkand: İİCAS, 2013, 312 p. (həmmüəllif)
  • Azərbaycan-Gürcüstan münasibətləri tarixi (XVIII əsr – XXI əsrin əvvəlləri). Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2013, 392 s. – həmmüəllif (X və XI fəsillər – s. 219-271)
  • Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü. Bakı, “Turxan” NPB, 2018, 440 s. – kollektiv monoqrafiya

 

Məqalələri:

  • Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Zaqatala mahalının materialları əsasında, 1918-1920-ci illər) // Tarix İnstitutunun Elmi Əsərləri, 20-ci cild, 2007, s.138-154
  • Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Zaqatala mahalına gürcü iddiaları, 1918-1920) // AMEA Tarix İnstitutunun Elmi Əsərləri, 25-ci cild, 2008, s.108-125
  • Decree of Zagatala Area National Council dated 26 June 1918 about uniting with Azerbaijan and its political and socio-cultural aspects // Azerbaijan & Azerbaijanis. Vol 102, No 9-12, 2008, p.172-177
  • Ölümün fövqündə duran qəhrəman (Cavad xan haqqında düşüncələr) // “Ayna” qəzeti, 2009, 10, 17, 24 yanvar saylarında (İ. Ziyadlı ilə həmmüəlliflikdə)
  • Из истории азербайджано-грузинских отношений (1920-1921 гг.) // Россия и Кавказ: История и современность. Материалы международной научной конференции (Махачкала, 22 октября 2009 года). Махачкала, 2009, с.725-734
  • Azerbaycan-Gürcistan ilişkileri bağlamında Zakatala sorunu // Büyük Devletler Kıskacında Bağımsız Azerbaycan (1918-1920). Editörler: Dr. Qiyas Şükürov, Dr. Vasif Qafarov. İstanbul, İQ Kültür Sanat Yayıncılık, 2010, s. 210-216
  • Zaqatala dairəsi 1917-1918-ci illərdə: ictimai seçim situasiyasında etnosiyasi identiklik axtarışları // BDU, Tarix və onun problemləri, 2010, №3, c.72-79
  • Закатальский округ в 1917-1918 гг. // AMEA Tarix İnstitutunun Elmi Əsərləri, xüsusi buraxılış (“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda beynəlxalq elmi konfransın materialları), 38-ci cild, 2011, s.312-319
  • Решение Закатальского окружного совета от 26 июня 1918 г. о вхождении в состав Азербайджанской республики в контексте поисков этнополитической идентичности // Кавказ и мир. Международный научный журнал. Международный Университет «Иберия». № 11, ISSN 1987-7293. Тбилиси, 2011, с. 210-214
  • 1917-ci il fevral inqilabından sonra Gürcüstanın siyasi partiyalarının milli ərazi proqramları və Zaqatala dairəsinə iddialar // AMEA Tarix İnstitutunun Elmi Əsərləri, 36-37-ci cild, 2011, s. 161-174
  • Особенности культурной трансформации традиционного общества в Азербайджане в условиях нового времени (XIX-XX вв.) (İ.Bağırova ilə həmmüəlliflikdə) // Milli strategiyalar, ideologiyalar və beynəlxalq münasibətlər: tarix, nəzəriyyə və müasir praktikalar. Bakı, Elm, 2012, səh.55-69
  • M.F. Axundov – Azərbaycan Moderninin ilk mütəfəkkiridir // Milli strategiyalar, ideologiyalar və beynəlxalq münasibətlər: tarix, nəzəriyyə və müasir praktikalar. Bakı, Elm, 2012, səh.69-84
  • Azerbaycan-Gürcistan İlişkileri Tarihi Üzerine (1920-1921 yıllar) // İnsan ve Toplum Bilimleri Araştırmaları Dergisi, 2013, cilt 2, sayı 1, s.90-104
  • Azərbaycan-Gürcüstan münasibətləri tarixi (XVIII əsr – XXI əsrin əvvəlləri). Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2013, 392 s. – kollektiv monoqrafiya (X və XI fəsillər – s. 219-271)
  • Azərbaycan – Gürcüstan münasibətləri: mübahisəli ərazi məsələləri (1918-1920) // Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr edilmiş Respublika elmi konfransının materialları. 22 may 2013-cü il, Bakı, 2014, s.174 – 198
  • 1918-ci ildə «Dördlər İttifaqı» ilə Antantanın mübarizəsi şəraitində Azərbaycan və Gürcüstan arasında faktiki sərhədlərin müəyyənləşdirilməsi // AMEA Tarix İnstitutunun Elmi Əsərləri, xüsusi buraxılış (“Birinci dünya müharibəsi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfransın materialları), 48, 49, 50-ci cildlər, 2014, s.132-138
  • Вклад азербайджанской нефти в достижение победы над нацистской Германией // Международная научная конференция «Вторая мировая война 1939-1945 гг. в исторических судьбах народов России и Кавказа». Сборник докладов. Назрань: ООО «Пилигрим», 2015, с.269-283
  • Правовой и социокультурный анализ политических процессов в северо-западном регионе Азербайджана в 1917-1918 гг.  в контексте становления национальной идентичности // Северо-Кавказский Юридический Вестник, 2015, №4, с. 137-145
  • Установление фактических границ между Азербайджаном и Грузией в 1918 году в условиях борьбы Четверного Союза с Антантой // Первая мировая (Великая) война 1914-1918 гг.: крупные военные операции. К 100-летию Брусиловского (Луцкого) наступления Российской Императорской Армии Первой мировой (Великой) войне 1914-1918 гг. Материалы международной научно-практической конференции, Республика Ингушетия, г. Магас, 30 мая – 2 июня 2016 г. Ростов на Дону.: Южный издательский дом, 2016, с. 138-145
  • Мазымчайский инцидент: пограничный спор как негативный фактор в азербайджано-грузинских отношениях 1918-1920-х годов // Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (İctimai elmlər seriyası), 2016, №3, s. 35-42
  • М.Ф. Ахундов – первый мыслитель Азербайджанского Модерна // AMEA Fəlsəfə İnstitutu, Elmi Əsərlər, 2017, №1 (28), s. 39-48
  • Cümhuriyyət dövrü Azərbaycan ictimai-siyasi şüurunda Zaqatala məsələsi // “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda beynəlxalq elmi konfransın materialları. AMEA Tarix İnstitutunun Elmi Əsərləri. Xüsusi buraxılış. 2018, №74, 75, 76, s. 453-456
  • Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi // “Strateji təhlil” jurnalı, 2018, №1-2 (23-24), s. 187-210
  • Cənubi Qafqazın sovetləşməsi kontekstində Azərbaycan – Gürcüstan siyasi münasibətləri (1920 – 1921-ci illər) // 100 yılında sovyet ihtilalı, gelişimi ve bölgesel etkileri uluslararası sempozyumu. 25-27 ekim 2017 Kars. Ankara, 2019, s. 837-856
  • Из истории Азербайджано-белорусских связей в период Второй мировой войны // “Geostrategiya” jurnalı, 2019, may-iyun, №03 (51), s. 24-27 (İ.V. Niftəliyev və C.Ə. Bəhramovla həmmüəlliflikdə)
Paylaş: