AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

MEHDIZADƏ GÜNEL ZƏFƏR QIZI

MEHDIZADƏ GÜNEL ZƏFƏR QIZI

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin kiçik elmi işçisi.

Günel Zəfər qızı Mehdizadə 15 fevral, 1988-ci ildə Siyəzən şəhərində anadan olmuşdur.

2005-ci il Siyəzən şəhər 2 saylı orta məktəbini bitirərək Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 2009-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2009-2012-cü illərdə təhsilini Bakı Dövlət Universitetinin Tarix fakültəsində magistr pilləsi üzrə davam etdirib. 2012-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2013-ci ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycanın müasir tarixi şöbəsi”ndə kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 2016-cı ildən etibarən elmi fəaliyyətini “Əliyevşünaslıq” şöbəsində davam etdirir. Eyni zamanda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən Gənc Alimlər və Mütəxəssislər Şurasının üzvüdür.

“Azərbaycan Respublikasının Şərq-Qərb enerji və nəqliyyat dəhlizlərini inkişaf etdirmək siyasəti (1993-2003-cü illər)” mövzusunda fəlsəfə doktoru dissertasiya işi “Əliyevşünaslıq” şöbəsində müzakirədən keçmişdir.

Elmi məqalələri:

  1. Müstəqil dövlətlərin “Xəzər dənizi” XX əsrin 90-ci illərində. “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” Beynəlxalq elmi konfransın materialları. 3-6 may, 2016-cı il. II hissə, s.162-164.
  2. “Великий Шелковый путь: Вчера и сегодня-история и реальность”. Uluslararası İpək Yolu Kültür Diyaloğu, 5-6 mayıs, 2016. Türkiye, Erzurum. s.376-381.
  3. XX əsrin 90-cı illərində Azərbaycan-ABŞ əlaqələrində enerji faktoru. “Müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı” Respublika elmi konfransının materialları. 13-14 oktyabr 2016-cı il. s.76-78.
  4. Şərqlə Qərbi birləşdirən Xəzər dənizi yeni geosiyasi tarixi şəraitdə (XX əsrin 90-ci illəri). Tarix və onun problemləri, nəzəri, elmi, metodik jurnal. B., 2016 №4. s.254-260.
  5. Qədim odlar diyarının Tarixi İpək Yolunun bərpası-TRASEKA layihəsinə töhvəsi. “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və cəmiyyətin həyat tərzidir”adlı IV Beynəlxalq elmi konfransın materialları. B.,2016, 7-8 iyun.
  6. Azərbaycan Respublikasinin Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında rolu (XX əsrin 90-ci illəri). IV uluslararası türk dünyası araşdırmaları simpozyumu. Türkiyə Cümhuriyyəti, Niğde şəhəri 26-28 aprel 2017-ci il. s.345-354.
  7. Ötən əsrin sonlarında Azərbaycan Respublikasının Avroasiyanın mərkəzində Şərq-Qərb nəqliyyat dəhlizinə çevrilməsi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı VIII beynəlxalq elmi konfransın materialları. 4-5 may 2017-ci il. s.318-320.
  8. XX əsrin son on ilində Azərbaycan neftinin dünya bazarlarına daşınma marşrutlarının seçilməsi. Tarix, insan və Cəmiyyət. Elmi-nəzəri və elmi-metodik jurnal. B.,2017, 3 (18), s.100-109.
  9. 1998-ci il 8-9 sentyabr Bakı konfransı Böyük İpək Yolunun dirçəldilməsində mühüm addım kimi. AMEA Tarix İnstitutu, Elmi Əsərlər. 2017-ci il, cild 67, s.69-82.
  10. Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi Azərbaycanın milli iqtisadi təhlükəsizliyinin tərkib hissəsi kimi. AMEA Tarix İnstitutu, Elmi Əsərlər. 2018-ci il, cild 77, s.147-156
  11. Qərb dövlətlərinin Şərq-Qərb nəqliyyat dəhlizi-TRASEKA-nın yaradılmasında maraqlari (XX əsrin 90-ci illəri), AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, “Gənc tədqiqatçıları-tarixçilərin I respublika konfransı, 1 aprel, 2019, s.70-71.
  12. Влияние проекта TRACECA на расширение региональных и международных отношений Aзербайджанской Pеспублики, Современная научная мысль. Научный журнал НИИ истории, экономики и права. Москва: НИИ ИЭП, 2019. - № 2, 174-179 c.
Paylaş: