AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

MƏMMƏDOVA NAZİLƏ BÖYÜKKİŞİ QIZI

MƏMMƏDOVA NAZİLƏ BÖYÜKKİŞİ QIZI

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin əməkdaşı, Bakı Dövlət Universitetinin "Qədim dünya və orta əsrlər tarixi" kafedrasının baş müəllimi.

Nazilə Böyükkişi qızı Məmmədova 1954-cü il, dekabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur.  O, 1972-ci ildə orta məktəbi bitirmişdir. 

1979-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.

"Azərbaycanın Qərbi Avropa ölkələri ilə əlaqələrində "Türkiyə problemi"" mövzusunda namizədlik dissertasiyası üzərində çalışır.

1972-1994-cü illərdə Bakı Dövlət Universiteti "SSRİ tarixi (sovet dövrü)" kafedrasında baş laborant vəzifəsində çalışmışdır.

1994-cü ildə Bakı Dövlət Universiteti "Qədim dünya və orta əsrlər tarixi" kafedrasına baş laborantı, 1995-ci ildə müəllimi, 1996-cı ildən isə baş müəllimidir. "Orta əsrlər tarixi" fənnini tədris edir. 20 elmi məqalənin, 2 metodik vəsaitin, 2 proqramın müəllifidir.

“Habsburq-Səfəvi münasibətləri və Osmanlılar” mövzusu üzərində iş aparmışdır. Başlıca diqqət Habsburqların Avropada üstünlük uğrunda mübarizəsinə və bu mübarizədə Şərq dövlətlərinə, o cümlədən Səfəvilərə verdiyi önəmə ayrılmışdır.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Qaraman bəyliyi və "Türkiyə məsələsi" - "Şərqin aktual problemləri". Z.M.Bünyadovun xatirəsinə həsr olunmuş beynəlxalq elmi-nəzəri konfransda məruzə. Bakı, 2003.
  • Fars körfəzi uğrunda Osmanlı-Portuqaliya rəqabəti və Səfəvilər. Ümummilli əbədi liderimiz H.Ə.Əliyevin xatirəsinə və 28 May Respublika gününə həsr olunmuş "Dünyada yeni inkişaf meylləri istiqamətində türk dünyası, Azərbaycan və Türkiyə" beynəlxalq elmi-praktik simpoziumda məruzə. Bakı, 2004.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 1592-1606-cı illər Avstriya-Türkiyə müharibəsi və Səfəvilər. // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2005, N2. (rus dilində).
  • XVI əsrdə Venesiya-Osmanlı münasibətləri və Səfəvilər. // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2005, N4. (rus dilində).
  • Səfəvi-Osmanlı müharibəsi (1578-1590) və diplomatiya. // "Восток и Кавказ».Тбилиси, 2005, 3. (rus dilində).
  • Dünyanın ilk bölüşdürülməsi tarixindən. // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2007, N4. (rus dilində).
  • XVI əsrdə Hind okeanı uğrunda Osmanlı-Portuqaliya rəqabəti // Bakı Universitetinin Xəbərləri, 1, 2014
  • İstanbulun Osmanlılar tərəfindən fəthinin siyasi və iqtisadi yekunlarına dair // Tarix və gerçəklik. Bakı, 2015, sayı 3
  • Hörmüz uğrunda Səfəvilərin mübarizəsi və nəticələri // Bakı Universitetinin Xəbərləri, N 1, 2016, s.115-122
  • XVI əsrin birinci yarısında Habsburqların Osmanlı imperiyası ilə münasibətlərinə dair. Bakı Universitetinin Xəbərləri. 2017, N 1, s. 155-160
  • Orta əsrlər tarixi (Son orta əsrlər və ya Erkən yeni dövrün başlanğıcı) Dərs vəsaiti (mühazirə mətnləri). Həmmüəllif, Bakı, 2017
  • XIII-XIV əsrlərdə Venesiyanın Aralıq Dənizi Ticarəti Uğrunda Mübarizəsində Dair. BDU-Xəbərləri ( humanitar seriyası) N3, 2018, s.110-116

TƏDRİS-METODİKİ İŞLƏRİ

  • Orta əsrlər tarixi. Bakalavr hazırlığı üçün proqram. Bakı, 2008
  • Orta əsrlər tarixi. Metodik vəsait. Bakı, 2008
Paylaş: