AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

HƏSƏNOV TOFİQ ƏLİŞ OĞLU

HƏSƏNOV TOFİQ ƏLİŞ OĞLU

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan sovet dövrü tarixi şöbəsi”nin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent.

Tofiq  Əliş oğlu  Həsənov 1948-ci il iyul ayının 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. 1966-1970-ci illərdə V.İ.Lenin adına  Azərbaycan Dövlət Pedqoji İnstitutunun tarix fakültəsində təhsil almışdı.  10 sentyabr 1974-cü ildən  Azərbaycan SSR Elmlər Akademiyasının  “Azərbaycanın Böyük  Oktyabr Sosialist İnqilabı və  Sosializm quruculuğu  dövrü  tarixi» şöbəsində  (hazırda “Azərbaycanın Sovet dövrü tarixi” şöbəsi) laborant vəzifəsində işə  başlamışdı. 1975-1978-ci illərdə Tarix İnstitutunun əyani aspiranturasında   təhsil almışdı.

1983-cü ildə Azərbaycan SSR EA-nın  “Bilik” cəmiyyətinin mühazirəçilər məktəbinin ictimai-siyasi fakültəsini  bitirmişdi. 23 sentyabr 1988-ci ildə  “Sosializm  cəmiyyətinin təkmilləşdirilməsi şəraitində  Azərbaycan SSR kolxozçularının kənd təsərrüfatı inkişaf etdirmək uğrunda mübarəsi (1971-1975-ci illər)” mövzusunda  namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi  adına layiq görülmüşdü. XX əsr Azərbaycan tarixinin müxtəlif problemlərinə dair 140 –dan çox  məqaləsi dövrü  mətbuatda, elmi  jurnallarda,  kitablarda  nəşr olunmuşdur.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının  qərarı ilə dosent elmi adını almışdı. Respublika və beynəlxalq  miqyaslı  elmi  konfranslarda məruzələrlə çıxış etmişdi.

Azərbaycan Respublikası Milli Elmlər  Akademiyasının A.A.Bakıxanov  adına Tarix İnstitutunun  6 may 1998-ci ildən “Azərbaycan Sovet dövrü tarixi” şöbəsində  böyük elmi  işçi vəzifəsində çalışır. Elmi fəaliyyətim ilə yanaşı 40 ilə yaxın  bir dövrdə  respublikanın müxtəlif tədris müəssisələrində  pedaqoji  fəaliyyət göstərmişdi. 2006-2013-cü illərdə  Bakı  Qızlar Universitetinin Tarix  kafedrasında tarix fənləri üzrə  müəllim-dosent  vəzifəsində  çalışmışdır.

2005-2013-cü illərdə Tələbə Qəbulu Dövlət Komissiyasının ali və orta ixtisas  təhsili müəssisələrinə tələbə qəbulu üzrə  dövlət   imtahan  komissiyasının rəhbəri  olmuşdu.

2003-2013-cü illərdə  Prezident və  Milli Məclisə seçkilərdə, Bələdiyyə sədri və nümayəndələrinin seçkilərində, seçki komissiyasının sədri, komissiya  üzvü, müşahidəçi və  nəzarətçi kimi fəaliyyət  göstərmişdi. Qarabağ Azadlıq Təşkilatının Ali Məclisinin və İdarə Heyətinin üzvüdir. Bununla bərabər 1994-cü il  sentyabr ayının 18-də Azərbaycan musiqiçilərinin,elm və mədəniyyət xadimlərinin “Üzeyir Hacıbəyov” cəmiyyətinin üzvü seçilmişdi.

“Avropa  Nəsr  Mətbuat Evi” mükafat komissiyasının  qərarı ilə  milli-mənəvi  dəyərlərimizin  qorunmasında  səmərəli  fəaliyyətinə,  cəmiyyətdə  fəal  ziyalı mövqeyinə, apardığı  uğurlu elmi  tədqiqatlarına, elmi-publisistik  əsərlərinə,  gənclərdə  vətənpərvərlik  hisslərinin  aşılanmasında, ölkədə tarix elminin inkişafında göstərdiyi  xidmətlərinə görə mən  7 iyun 2017-ci ildə ən yaxşı  vətənpərvər  tədqiqatçı alim qızıl medalına layiq  görülmüşdü.

Əsərlərinin siyahısı

1. Azərbaycan kəndinin  cəbhəyə yardımı  (1941-1945-ci illər). Azərbaycan 1941-1945-ci illər müharibəsində. Məqalələr toplusu. Bakı, “Elm”, 2008. 224 səh. s. 200-209.

2.1897-1926- cı illərdə Şimali Azərbaycanın kənd əhalisinin  milli  tərkibi.- Bakı, Qızlar Universitetinin  Elmi əsərləri, № 3. Bakı- 2008-ci il. s. 109-117.

3.XX əsrin 20-30-cu illərində Azərbaycan SSR  şəhər-kənd əhalisinin  cins-yaş  tərkibinin quruluşu. -Bakı Qızlar Universitetinin  Elmi əsərləri, №2, Bakı, 2008-ci il. s.122-129.

4.1906-cı il Şuşa hadisələrinə dair.  Qarabağ dünən, bu gün və sabah. “YII Elmi-əməli  konfransının materialları”. –Bakı, 2008, s.231-236.

5. 1906-cı ildə Zəngəzurun türk müsəlman əhalisinə qarşı erməni təcavüzü. Qarabağ  Azadlıq Təşkilatı. Qarabağ  dünən, bu gün və sabah. “YIII  Elmi-əməli  konfransının materialları”. Bakı, 2009, S.255-262.

6.Притензии армян на  территорию  Азербайджана  в первой  поговине ХХ  статия. Организация  Освобождения Карабаха. Материалы научно-практической конференции по теме:  «Карабах вчера, сегодня и завтра». Первая часть.- Баку, 2009. стр. 175-182.

7.Armenian  claims for North  Azerbaican   territories in the I   haif of  XX  centru. Orqanization  of  Liberation of Qarabaqh. Proceedinqz of the conferencez held unter the topic. “Qarabah  yesterbay, today and  tommorrow”. First   volume. – Baku, 2009,  rades 193-199.

8.Azərbaycan  iqtisadiyyatının inkişafında  Heydər Əliyevin  rolu. Bakı  Qızlar Universitetinin Elmi əsərləri, -2009, №2,  s. 84-88.

9.“Azərbaycan tarixinin mənbəşünaslığı” fənninin proqramı. // Azərbaycan Respublikası Təhsil Nairliyi. Bakı Qızlar Universiteti, Tarix kafedrasının proqramları.  Bakı, 2010-ci il. s.24-49.

10. “Azərbaycan tarixinin tarixşünaslığı”  fənninin proqramı.// Azərbaycan  Respublikası Təhsil Nairliyi. Bakı Qızlar Universiteti, Tarix kafedrasının proqramları.  Bakı, 2010-ci il. s.50-78.

11. “Müasir tarix” kursu  üzrə  proqram. // Azərbaycan  Respublikası Təhsil Nairliyi. Bakı Qızlar Universiteti, Tarix kafedrasının proqramları.  Bakı, 2010-ci il. s.198-211.

12. “Azərbaycan  Respublikasının xarici siyasəti” fənninin proqramı.

// Azərbaycan  Respublikası Təhsil Nairliyi. Bakı Qızlar Universiteti, Tarix kafedrasının  proqramları.  Bakı, 2010-ci il. s.212-227.

13. Bəşər tarixində qətlam  törədənlər. // Evro Xəbər (Evro Nevs), 25 noyabr-15 dekabr,  2010-cu il.

14. İntiqam Cəbrayılov- 50. - Bakı Qızlar Universitetinin Elmi əsərləri.- Bakı, 2010, № 3 (9), s. 136-140.

15. Azərbaycan və Dağıstanın  sosial-iqtisadi əlaqələri tarixindən (1900-2010-cu illər).- AMEA Tarix İnstitutunun Elmi əsərləri.  33-cü cild. – Bakı, 2010, s. 354-375.

16. Azərbaycanın kənd əhalisi tərkibində demoqrafik  dəyişikliklər (1920-1959-cu illər). - Bakı Qızlar Universitetinin Elmi əsərləri – Bakı, 2011,  №2 (11), s.57-67.

17. Qafqaz İslam Türk  Ordusu və Azərbaycanın  istiqbal  savaşı. Qarabağ  Azadlıq Təşkilatı.  Qarabağ  dünən, bu gün və sabah.  10-cu Elmi-əməli   konfransın materialları toplusu. – Bakı, 2011, s.210 - 218.

18. Zəngəzurun türk müsəlman əhalisinə qarşı erməni təcavüzü. “Evro xəbər” (Evro-nevs) qəzeti, №5 (144), 11-19 mart  2011-ci il, s.8.

19. Zəngəzurun türk müsəlman əhalisinə qarşı erməni təcavüzü. “Evro xəbər” (Evro-nevs) qəzeti,  №6 (145), 31 mart-12 aprel. 2011-ci il, s.8.

20.  Azərbaycan Xalq Cümhuriyyətinin  süqutundan sonra Azərbaycan SSR-də yeni aqrar münasibətlər (1920-1921-ci illər) – AMEA  Tarix İnstitutunun Elmi əsərləri.- Bakı, 2011-ci il, 38-ci cild.  s. 330-338.

21.Qətlamlar tarixinə dair. Qarabağ  Azadlıq Təşkilatı.  Qarabağ  dünən, bu gün və sabah.  10-cu Elmi-əməli   konfransın materialları toplusu. – Bakı, 2011, s.219-224.

22. XX əsrin 20-30-cu illərində Şimali-Azərbaycanın  kənd  əhalisinin  milli- tərkibində dəyişikliklər. – AMEA Tarix İnstitutu  Azərbycan Tarix Qurumu. Azərbaycan   Respublikası uğurları  və perspektivləri. 16 noyabr 2011-ci il beynəlxalq elmi  konfransın materialları. – Bakı, 2012, s.256-264.

23. Qafqaz Türk  İslam  Ordusu və Azərbaycanın  istiqlal  savaşı. “Evro xəbər” (Evro-nevs)  qəzeti,  №10 (149), 27 may-13 iyun. 2011-ci il, s.8.

24. .Qafqaz Türk  İslam  Ordusu və Azərbaycanın  istiqlal  savaşı. “Evro xəbər” (Evro-nevs) qəzeti, №11 (150), 14-28  iyun. 2011-ci il, s.8.

25. Qafqaz Türk  İslam  Ordusu və Azərbaycanın  istiqlal  savaşı. “Evro xəbər” (Evro-nevs) qəzeti, №12 (151), 29  iyun- 12 iyul. 2011-ci il, s.8.

26. Azərbaycan-Rusiya-Ermənistan münasibətlərinə dair (1920-ci il). Qarabağ  Azadlıq Təşkilatı.  Qarabağ  dünən, bu gün və sabah.  11-ci Elmi-əməli   konfransın materialları toplusu. – Bakı, 2012, s 181-187.

27. 1920-ci illərdə Azərbaycan  SSR kənd  təsərrüfatı idarəçiliyinə kadr hazırlığı.- AMEA Şərqşünaslıq İnstitutu , Azərbaycan Şərqşünaslıq   elminin inkişafı yolları. Akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş  Beynəlxalq  elmi konfransın materialları. 27-28 iyun, 2013-cü il.- Bakı, 2013. s.650-652.

28. Qarabağda  demoqrafik dəyişikliklər.   Qarabağ  Azadlıq Təşkilatı.  Qarabağ  dünən, bu gün və sabah.  12-ci Elmi-əməli   konfransın materialları toplusu. – Bakı, 2013, s .175-179.

29. Qafqaz   İslam  Türk Ordusu və Azərbaycanın  istiqlal  savaşı Türkiyə Cümhuriyyətinin müstəqilliyinin 90 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın  materilları. 28 oktyabr  2013-cü il, Bakı (Azərbaycan.). s. 98-107.

30. Erməni işğallarının tarixinə dair.  Qarabağ  Azadlıq Təşkilatı.  Qarabağ  dünən, bu gün və sabah.  13-ci Elmi-əməli   konfransın materialları toplusu. – Bakı, 2014, s .179-184.

31.1920-ci ilin may ayında Gəncə əhalisinin üsyanı.   Qarabağ  Azadlıq Təşkilatı.  Qarabağ  dünən, bu gün və sabah.  14-cü Elmi-əməli   konfransın materialları toplusu. – Bakı, 2015, s .197-204.

32. Şura  hökumətinə  qarşı  Gəncə  əhalisinin  üsyanı. (May 1920-ci il.) Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi Gəncə Dövlət Universiteti. Qafqaz tarixinin aktual məsələləri beynəlxalq konfransı 15-16 oktyabr 2015-ci il. I hissə. Gəncə- 2015, s.261-265.

33. Şura hökuməti dövründə  Azərbaycan kəndinin kənd təsərrüfatı texnikası ilə təchizi (1920-1930-cu illər). Azərbaycan Respublikası Təhsil Nazirliyi. Gəncə Dövlət Universiseti. Elmi  xəbərləri. Humanitar və  təbiət elmləri  seriyası. №3, 1915-ci il. Gəncə- 2015, s. 228-232.

34. “Azərbaycan tarixinin  mənbəşünaslığı”  fənninin  proqramı // Azərbaycan  Respublikası Təhsil Nairliyi. Bakı Qızlar Universiteti. Tarix kafedrasının proqramları.  Bakı, 2015-ci il. s.24-78.

35. “Müasir tarix”  kursu üzrə  proqram.  Azərbaycan  Respublikası Təhsil Nairliyi. Bakı Qızlar Universiteti.  Tarix kafedrasının proqramları.  Bakı, 2015-ci il. s.163-176.

36. Azərbaycan Xalq Cümhuriyyətinin Xəzər sahili ərazisində  siyasi vəziyyət (may 1918-aprel 1920-ci illər). -  Qarabağ  dünən, bu gün və sabah.  17-ci Elmi-əməli   konfransın materialları. – Bakı, 2018, s .268-284.

37.  1914-1918-ci illərdə erməni daşnak  silahlı dəstələrinin Şərqi Anadolunun  və  Cənubi Qafqazın  türk-müsəlman  əhalisinə  qarşı törətdikləri  qətlam. Qarabağ  Azadlıq Təşkilatı. Qarabağ dünən, bu gün və sabah. 16-cı elmi-əməli  konfransın materialları. Bakı-2017. s.260-267.

38. 1927-1930-cu illərdə Azərbaycan SSR  kənd təsərrüfatı idarəçiliyində kadr  hazırlığı AMEA  Elm tarixi İnstitutu. Elm tarixi və  elmişünaslıq.  Fənlərarası tədqiqatlar. Beynəlxalq  elmi  konfrans  materialları. 29-30 oktyabr. 2018-ci il. Bakı. s.360-363.

39. “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə ilə siyasi əlaqələri”// QAT (Qarabağ Azadlıq  Təşkilatı); “Qarabağ dünən, bu  gün və sabah” 18-ci elmi-praktiki  konfransın materialları. Bakı, 2019, səh.262-271.

40.1930-cu illərdə Azərbaycan SSR kənd təsərrüfatı idarəçiliyi üçün kadr hazırlığı. Bakı Avrasiya Universiteti. Elmi-nəzəzri jurnal. Bakı,2019,Cild 8 № 2, 2019 (42), səh.32-40

Paylaş: