AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

MURADOVA ALMAS CƏLİL QIZI

MURADOVA ALMAS CƏLİL QIZI

“Azərbaycanın Sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.e.f.d., dosent.

Almas  Cəlil qızı Muradova  14 mart 1941-ci ildə Azərbaycan Respublikasının Füzuli şəhərində qulluqçu ailəsində anadan olub.

1963-1968-ci illərdə Dağıstan Dövlət Universitetinin tarix  fakültəsində təhsil alıb. 1968-ci ildən Azərbaycan Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstititunun “Azərbaycanın Sovet dövrü tarixi”  şöbəsində baş laborant, 1969-cu ildən- kiçik elmi işçi, 1993-cü ildən -böyük elmi işçi vəzifələrində işləmişəm, 2004-cü ildən isə bu günə kimi  aparıcı elmi  işçi vəzifəsində  çalışır.

14 yanvar 1981-ci ildə AMEA Tarix  İnstitutunda “1926-1940-cı illərdə Bakı Sovetinin  fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını  müdafiə edərək  tarix elmləri namizədi elmi dərəcəinə layiq görülmüşdü. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının  qərarı ilə dosent elmi adını almışdı.

1984-cü ildən etibarən “Azərbaycanda dövlət hakimiyyəti orqanlarının  fəaliyyəti (1920 -iyun 1941-ci illər)” adlı doktorluq dissertasiyası üzərində  tədqiqat işi  aparır.   2007-ci ildə “Azərbaycan dövlət hakimiyyəti orqanlarında qadınların fəaliyyəti (1920-iyun 1941-ci illər)”, 2016-cı ildə “Azərbycan  SSR qadınlarının  1941-1945-ci illər müharibəsi dövründə”, 2019-cu ildə “Azərbaycan Sovetlərinin fəaliyyətinin tarixindən (XX əsrin 20-30-cu illər)” adlı  monoqrafiyaları nəşr olunmuşdu. AMEA Tarix İnstitutunda işlədiyim dövr ərzində  50-dən  çox  məqalənin  müəllifidir. Respublika və beynəlxalq miqyaslı  elmi konfranslarda məruzələrlə çıxış etmişdi. Evlidir.    

ƏSƏRLƏRİ

1.«Ликвидация неграмотности среди женщин Азер­байджанской ССР (20-30-ые годы ХХ в.)». Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adı­na əlyaz­malar İnstitutunun “Filologiya məsələ­ləri”. Bakı, 2009, №1. s.418-425

2.Из исторического опыта государственного строительства в Азербайджанской ССР (20-30-е годы ХХ века). Труды Института истории НАН Азербайджана. Баку, 2011, №36. с.146-152

3.«Формы и методы работы среди женщин Азер­байджанской ССР в 20-30-ые годы ХХ в.». “Elmi iş (aylıq beynəlxalq elmi-nəzəri jurnal)”. Bakı, 2011, №2(28). s.14-19

4.«Создание и деятельность комитета по улуч­шению труда и быта женщин в Азер­байджанской ССР в 20-30-ые годы ХХ в.». Azərbaycan  texniki Universitetinin “Elmi əsərləri”. Bakı, 2011, №3. s.119-121

5.«Повышение образовательного уровня женщин Азербайджана в 20-30-ых годах ХХ в.». Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnsti­tutu “Elmi axtarışlar”. Bakı, 2011, №2. s.137-145

6.«Подготовка женских кадров для работы в ор­ганах государственной власти в Азербайджане в 20-30-ые г. ХХ века». Azərbaycan Texniki  Universitetinin “Elmi əsərləri”. Bakı, 2012, №3. s.13-19

7.Участие женщин в общественно-политической жизни города Баку (20-30-ые г. ХХ века). Труды международной научно-практической конференции XII выпуск. Махачкала, 2014. с.163-165

8.Вовлечение женщин Азербайджанской ССР в нефтяную промышленность (1941-1945 гг.). Западный университет. Научный вестник. Серия гумани­тарных наук. Баку, 2015, №2. с.121-127

9.Участие женщин Азербайджанской ССР в сра­жениях против немецко-фашистских захват­чиков (1941-1945 гг.). Материалы Х международной научно-техничес­кой конференции Азербайджанской Морской Ака­­демии. Баку, 2015. с.193-198

10.«Женщины Азербайджанской ССР в период войны 1941-1945 гг.». Баку – Elm və təhsil. 2016. 94 c.

11.Женское движение в Азербайджане в 20-30-ые г. ХХ века. Bakı Slavyan Universiteti. XVIII Beynəlxalq elmi konfansın materialları. Bakı, 2017. s.393-395

12 Из истории деятельности Советов Азербайджанской ССР. Баку, 2019, 216 с.

Paylaş: