AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

GÜNAY TALIBOVA XALİQ QIZI

GÜNAY TALIBOVA XALİQ QIZI

“Ümumi tarix” şöbəsi elmi işçi.

1985 – ci il iyun ayının 9 – da Şuşa şəhərində anadan olub.

1992 – 2003 – cü illərdə Bakıda yerləşən Şuşa şəhər 2 saylı orta məktəbini bitirib.

2003 – 2007 – ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr təhsili alıb. 2007 – 2009 – cu illərdə həmin Universitetdə “ Beynəlxalq münasi-bətlər tarixi və nəzəriyyələri ” ixtisası üzrə magistr təhsili almış, təhsilini fərqlənmə ilə bitirmişdir. 2009 – 2011–ci illərdə Bakı Dövlət Universiteti Tarix fakültəsi “Qədim dünya və orta əsrlər tarixi” kafedrasında “Qədim dünya tarixi”, “Orta əsrlər tarixi ” və “Beynəlxalq münasibətlər tarixi” fənnləri üzrə dərs demişdir.

2011 – 2014-cü illərdə A. A. Bakıxanov adına Tarix İnstitutunun əyani doktorantı olub.

2010 – cu ildən A. A. Bakıxanov adına Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışır.

“Şəki xanlığının qonşu xanlıqlar və xarici ölkələrlə əlaqləri (QAKA-nın materialları əsasında) ” adlı namizədlik dissertasiyası üzərində işləyir.

Ailəlidir, iki övladı var.

Məqalələri :

1. XVI əsrin əvvəllərində Səfəvi – Osmanlı münasibətləri // Bakı Dovlət Universiteti. Ümummilli lider H. Əliyevin anadan olmasının 85 – cı ildönümü münasibətilə magistrantların və gənc tədqiqatçıların elmi – praktik konfransın materialları. Bakı 2008. s. 161 – 165

2. Şah Abbas diplomatiyasında 1612 – ci il İstanbul sülhü // Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə magistrantların və gənc tədqiqatçıların elmi – praktik konfransın materialları. Bakı 2009. s. 168 – 171.

3. “ Moskva ” kompanıyasının İngiltərə - Azərbaycan münasibətlərindəki rolu ( XVI əsrin II yarısı ) // Ümummilli liderimiz H. Əliyevin anadan olmasının

87 – ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların ümumrespublika elmi konfransı tezislər /Qafqaz Universiteti Bakı 6 –7 may 2010. s. 256 – 257.

4. Şah Təhmasib dövründə Səfəvi – Osmanlı münasibətləri. // Tarix və onun problemleri. Bakı 2010 № 1. s. 60 – 65.

5. Şəki xanlığının Osmanlı imperiyası ilə əlaqələri tarixindən // Elmi əsərlər/ AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu. – 2010 № 32. s. 63 – 72

Paylaş: