AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ƏLİYEVA İRADƏ HACIƏLİ QIZI

ƏLİYEVA İRADƏ HACIƏLİ QIZI

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru.

1972-ci il yanvar ayının 25-də Zaqatala rayonunun Əliabad qəsəbəsində anadan olub.

1991-1996-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil alıb.

1993-cü ildə Zaqatala rayon, Əliabad qəsəbəsinin 4 saylı orta məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub.

2001-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub.

2005-ci il 6 sentyabr tarixində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycanın sovet dövrü tarixi” şöbəsində elmi işçi kimi işə başlamış, 2014-cü ildə növbəti attestasiyada böyük elmi işçi (0,5 ş.v. əvəzçiliklə) saxlanmaqla Kadrlar şöbəsini rəisi təyin olunub.

2014-cü ildə Vətən tarixi ixtisası üzrə “Çar Rusiyasının Şimal-Qərbi Azərbaycanda dini siyasəti və ingiloylar (XIX əsr)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2016-ci ilin yanvarında Tərcümə və nəşriyyat işləri şöbəsinin müdiri vəzifəsinə keçib.

2016-cı il 5 iyul tarixindən institutun elmi katibidir.

Əsərləri

  1. Çar Rusiyasının Şimal-Qərbi Azərbaycanda dini siyasəti və ingiloylar (XIX əsr) [Mətn] : tarix üzrə fəls. d-ru e. dər. al. üçün təq. ed. dis.: 5503.02 /İ. H. Əliyeva ; AMEA, A.A. Bakıxanov ad Tarix İn-tu. Bakı: 2014, 155 s. 
  2. Çar Rusiyasının Şimal-Qərbi Azərbaycanda dini siyasəti və ingiloylar (XIX əsr) [Mətn] : tarix üzrə fəls. d-ru e. dər. al. üçün təq. ol. dis-nın avtoreferatı : 5503.02 /İ. H. Əliyeva ; AMEA, A.A. Bakıxanov ad. Tarix İn-tu.. Bakı: 2014, 26 s.  

Məqalələri

  1. İngiloylarda yağış mərasimi //Elmi axtarışlar. Filologiya, tarix, incəsənət. – IV bur. – s.262-264.
  2. Zaqatala dairəsində tütün istehsalı // Filologiya məsələləri. – 2002. – II bur. – s.118-121.
  3. İngiloyların çar Rusiyasının pravoslavlaşdırma siyasətinə qarşı mübarizəsi. AMEA Tarix İnstitutunun “Elmi əsərləri”, 20-ci cild, Bakı, 2007. s.131-137
  4. Şimal-Qərbi Azərbaycanda Kürmük bayramının keçirilməsi tarixinə dair. AMEA Tarix İnstitutunun “Elmi əsərləri”, 23-ci cild, Bakı, 2008. s.169-176
  5. Çar Rusiyasının Şimal-Qərbi Azərbaycanda zorakı xristianlaşdırma siyasəti (Tasmalı kəndinə dair arxiv materialları əsasında).AMEA Tarix İnstitutunun “Elmi əsərləri”, 32-ci cild, Bakı, 2010. s. 92-99
  6. Çar Rusiyasının Cənubi Qafqaz siyasətində ingiloylar. AMEA Tarix İnstitutunun “Elmi əsərləri”, xüsusi buraxılış (“Azərbaycan-Dağıstan: qardaşlıq münasibətləri tarixi, müasirlik, perspektivlər” mövzusunda Seyid Qurbanovun xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları), 33-cü cild, Bakı, 2010, s. 293-304
  7. XIX əsrin əvvəllərində çar Rusiyasının Cənubi Qafqazla bağlı işğalçılıq siyasətində dini amillər və İngiloylar. AMEA Tarix İnstitutunun “Elmi əsərləri”, 35-ci cild, Bakı, 2010 s. 93-99
  8. Антиколониальные выступления населения в Закатальском округе северного Азербайджана в 60-годах XIX века”. AMEA “Azərbaycan və azərbaycanlılar” №3-4, Bakı 2010, c.159-162
  9. Çarizmin Şimali-Qərbi Azərbaycanla bağlı işğalçılıq planları və ingiloylar. AMEA Tarix İnstitutunun “Elmi əsərləri”, xüsusi buraxılış (“həsr olunmuş beynəlxalq elmi konfransın materialları), 38-ci cild, Bakı, 2011, s.79-83
  10. XIX yüzyılında çar Rusiyasının Azerbaycan’ın Kuzey-Batı Bölgesinde Hristianlıq yaymak Siyaseti ve İngiloylar”. Türkiyə Cümhuriyyətinin , Ordu şəhərində dərc olunan “Güney Kafkasiya Halkları Dil – Tarih – Kültür İlişkileri Uluslar Arası Bilgi Şöleni Bildiriler” konfran materialları. 2011. s. 53-58
  11. XIX əsrin birinci yarısında ingiloylar arasında xristianlığın yayılması. Türk Dünyası: Dünəni və Bu Günü (Beynəlxalq elmi konfrans) tezislər – 23-24 may 2011. Bakı, 2011. s. 213-214
  12. Насильственная христианизация царской Россией северо-западного Азербайджана (на основе архивных материалов по селу Тасмалы). Kazırgi Zaman pikirler əlemi filоsofiya almanaxı (Философский алманах современность: Мир мнений ), №2, Алматы 2012. с.134-143
  13. «Христианизация в северо-западном Азербайджане в период царской России (70-е годы XIX ст.)». Гилея научный вестник выпуск 72 (5), Киев 2013. Нацiональний Педагогiчний Унiверситет iменi М.П.Драгоманова Украiнська Академiя Наук. Гiлея науковии вiсник. Збiрник наукових праць. Випуск 72 (5), Киiв 2013, с. 218-223
  14. Şimal-qərbi Azərbaycanın çar Rusiyası tərəfindən işğalı XIX əsr. Gəncə Dövlət Universiteti, Elmi Xəbərləri. Gəncə, 2013. № 4. s. 217-223“
  15. Qafqazda pravoslav xristianlığı bərpası cəmiyyətinin tarixi və fəaliyyəti”. Bakı Avrasiya Universitetinin “Sivilizasiya” jurnalı, Bakı 2013, № 5. s. 145
  16. XIX əsr Şimal-Qərbi Azərbaycanın çar Rusiyası tərəfindən işğalı//Azərbaycan arxeoloqiyası və etnoqrafiyası.-2014.- №1.- S.241-246.
Paylaş: