KUZNETSOV OLEQ YURYEVİÇ
Oleq Yuryeviç Kuznetsov 1971-ci il 22 aprel tarixində Tula şəhərində anadan olub.
O, 1988-ci ildə orta məktəbi bitirdikdən sonra L.N. Tolstoy adına Tula Dövlət Pedaqoji İnstitutunu daxil olur. İlk əmək fəaliyyətinə də tələbələrin həmkarlar komitəsinin tələbə klubunda rəhbər vəzifəsində başlamışdır.
1990-ci ildə Orlov Dövlət Universitetində təhsilini davam etdirir və 1992-ci ildə oranın tarix fakültəsini bitirir. 1992-1996-cı illərdə müxtəlif təhsil müəssisələrində, daha sonra Tula şəhər administrasiyasında mədəniyyət və tarixi irs üzrə komitədə işləyib. Eyni zamanda Kursk Dövlət Pedaqoji Universitetinin aspiranturasında təhsil almış və 1996-cı ildə "Vətən tarixi" ixtisası üzrə tarix elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
1997-1999-cu illərdə "Kulikova çölü" dövlət hərbi-tarixi və təbiət muzeyində əvvəlcə aparıcı elmi işçi, daha sonra elmi katib vəzifəsində işləmişdir.
2000-2012-ci illərdə elmi-pedaqoji fəaliyyətini tamamilə ali məktəbə həsr edərək, Tula Dövlət Universitetinin və RF-nin Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq İnstitutunun dosenti olub. RF-nin Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq İnstitutunu 2004-cü ildə fərqlənmə ilə bitirib. Daha sonra Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Moskva Sərhəd İnstitutunda tədrislə məşğul olub. Moskvada Rusiya Dövlət Turizm və Servis Universitetinin filialının - Servis İnstitutunun direktorunun elmi işlər üzrə köməkçisi işləyib, paralel olaraq da "Qalxan və qılınc" Moskva vəkillər kollegiyası tərkibində hüquqşünaslıq sahəsində əldə etdiyi elmi tədqiqatların nəticələrini yoxlamaq üçün fərdi hüquqi təcrübə ilə məşğul olmuşdur.
2012-ci ildən Rusiyada əcnəbi hüquqi simalara əmək, miqrasiya, gömrük qanunvericiliyi məsələləri üzrə konsultasiya xidməti göstərir, xüsusi hüquqi təcrübə ilə məşğul olur.
Hal-hazırda Azərbaycan Dillər Universitetinin professorudur. 2017-ci ildən AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun fəxri professoru, 2018-ci ildən isə AMEA Tarix İnstitutunun fəxri doktorudur.
170-dən çox elmi və metodik əsərin müəllifidir. Bu əsərlər içərisində 9 monoqrafiya, ali məktəblər üçün 3 dərs vəsaiti, 5 pedaqoji-metodik vəsaitin, 5 elmi-populyar broşürün, RF AAK-ı tərəfindən elmlər doktoru və elmlər namizədi elmi dərəcəsi almaq üçün dissertasiya tədqiqatının əsas nəticələrinin nəşrinə görə tövsiyyə edilən aparıcı elmi jurnallarda dərc edilən 35 məqaləsi də var. Əsərlər Rusiya və Şərqi Avropa, kulturologiya və RF xalqlarınnın mədəni irsinin mühafizəsi, ali peşəkar təhsil nəzəriyyəsi və metodikası, Rusiyanın konstitusion, inzibati, cinayət hüququ, mülki və cinayət prosesi, hüquqşünaslıq, beynəlxalq humanitar hüquq ilə bağlıdır.
Bir sıra elmi əsərləri ingilis, alman, fransız, türk və Azərbaycan dillərinə tərcümə edilərək çap edilib.
Rusiya tarixi coğrafiyası və hərb tarixi sahələri, prosessual hüquq nəzəriyyəsi və təcrübəsi, hüquqşünaslıq, cinayət hüququ, hüquq-mühafizə fəaliyyəti sahəsi, millətlərarası və etno-konfessional münasibətlərin hüquqi tənzimlənməsi, vətəndaşların hüquq, azadllıq və qanuni maraqlarının mühafizəsi üzrə mütəxəssisdir.
2007-ci ildən ixtiraçılıq fəaliyyəti ilə də məşğuldur: RF-nin 3 patenti üzrə həmmüəllifdir. Kriminalistika, məhkəmə-tibb, tibbi texnika, sənaye ekologiyası sahəsi üzrə 4 əhəmiyyətli modelin patentinə sahibdir.
2014-cü ildən Qafqaz Strateji Araşdırmalar İnstitutunun (Stokholm - Bakı - Tbilisi) «Кавказ & Глобализация» («The Caucasus & Globalization») sosial-iqtisadi və siyasi tədqiqatlar üzrə beynəlxalq jurnalının redaksiya kollegiyasının üzvüdür.
2017-ci ildən "Тульская старина" hüquqi-diyarşünaslıq almanaxının baş elmi redaktoru, "Yeni reallıq" Tula bioqrafik lüğətinin redaksiya kollegiyasının üzvüdür.
Elmin, təhsilin, mədəniyyətin və elmi-texniki fəaliyyətin inkişafında şəxsi töhfələrinə görə bir sıra ictimai mükafatlarla təltif olunub.