USAMA MƏHƏMMƏD HƏSƏN ƏL-ABD
1975-ci ildə Əl-Əzhar Universitetinin məzunu olub. Əl-Əzhar Universitetində pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra 10 il ərzində Qahirədə baş vəkil işləmişdir. 1981-ci ildə Əl-Əzhar Universitetində müqayisəli fiqh sahəsi üzrə magistr elmi dərəcəsi alıb. 1985-ci ildə həmin sahədə elmlər namizədi üzrə dissertasiya müdafiə edib və fərqlənmə dərəcəsi ilə Misirin Əl-Əzhar Universitetində şəriət və hüquq işləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Daha sonra o akademiyaya qayıdaraq yenidən Əl-Əzhar Universitetində şəriət və hüquq professoru təyin edilir. 1988-ci ildə Küveytə gedərək orada İslam hüququ tədris edir. 2003-cü ildə Misirə qayıdaraq Əl-Əzhar Universitetinin vitse prezidenti təyin edilib. 2011-2014-cü illərdə Əl-Əzhar Universitetinin prezidenti olub.
Professor Usama Məhəmməd Həsən əl-Abd Misir Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədridir. O eyni zamanda Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəridir.
Əl-Əzhar Universitetində İslam Tədqiqatları cəmiyyətinin üzvü, İslam İşləri üzrə Ali Şurasının üzvü, Misir Parlamentlər Palatasının üzvüdür.
O, beynəlxalq, regional və 100-dən çox konfransda iştirak etmişdir.
Misir Ərəb Respublikası tərəfindən elm və incəsənət üzrə şərəf medalına layiq görülüb. Çoxlu sayda ölkə daxili və xarici mükafatlara layiq görülüb.
Ərəb və fransız dillərində təmiz danışır.
Elmi əsərləri:
İslam şəriəti və onun Qanunları mövzusu haqqında 5 kitabı var: