AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ÖRS DERYA

ÖRS DERYA

Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri, Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavini, professor, doktor, Azərbaycan MEA-nın Tarix İnstitutunun fəxri doktoru.

- 1966-cı ildə Konyada anadan olmuşdur.

- 1999-cu ildə doktor elmi adını, 2002-ci ildə əvvəlcə köməkçi dosent, daha sonra dosent elmi vəzifəsinə yüksəlmişdir.  

- 2010-cu ildə Ankara Universitetinin Fars dili və  Ədəbiyyatı bölməsi üzrə professor elmi vəzifəsinə yiyələnmişdir.

- “Nüsha Şarkiyat Araştırmaları” jurnalının təssisçi və redaktorlarından biri, həmçinin də Ankarada olan Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavinidir.

- Yıldırım Beyazıt Universitetinin İnsan və Cəmiyyət elmləri fakültəsində baş müəllim və dekan kimi fəaliyyət göstərmişdir.  

- 2012-ci ildən Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədridir.

- 2016-cı il 11 noyabr tarixində Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.

Paylaş: