BEYHAN MEHMET ALİ
- 1953-cü ildə Malatya şəhərində anadan olmuşdur.
- 1979-cu ildə Başbakanlık Osmanlı Arxivinin əməkdaşı kimi fəaliyyətə başlamışdır.
- Başbakanlık Osmanlı Arxivinin Tədqiqat və Təsnifat xidmətləri üzrə mütəxxəsis və idarəçi kimi 13 il fəaliyyət göstərib.
- 1987-ci ildə nazirlik mütəxxəsisi, 1992-ci ildə doktor elmi dərəcələrinə, 2002-ci ildə dosent, 2009-cu ildə professor elmi vəzifələrinə yiyələnmişdir.
- 2012-ci ildən Atatürk Mədəniyyət, Dil və Tarix Qurumunun nəzdində olan Atatürk Araşdırma Mərkəzinin rəhbəridir.
- İstanbul Universitetinin Türkiyat Araşdırmaları İnstitutunun İdarə heyətinin üzvüdür.
- 2015-ci il 7 oktyabr tarixində Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafında və ümumtürk tarixinin araşdırılmasında böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.