AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

KARPOV SERGEY

KARPOV SERGEY

Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Tarix fakültəsinin “Orta Əsrlər Tarixi” kafedrasının müdiri və professoru, Azərbaycan MEA-nın fəxri professoru və Tarix İnstitutunun fəxri doktoru.

- 1948-ci il yanvar ayının 1-də Rusiya Federasiyasının Stavropol diyarında anadan olub.

- 1986-cı ildən Moskva Dövlət Universitetinin Tarix fakültəsinin “Orta Əsrlər Tarixi” kafedrasının müdiri və 1989-cu ildən isə həmin kafedranın professorudur.   

- 1990-cı ildən Moskva Dövlət Universitetinin tarix fakültəsinin “Orta Əsrlərdə Bizans və Qaradənizin tarixi” laboratoriyasının elmi rəhbəridir.

- 1992-ci ildən Rusiya Təbiət elmləri Akademiyasının həqiqi üzvüdür (Rusiya Ensiklopediyası bölməsi üzrə).

- 1996-cı ildən Almaniya Federativ Respublikasının Leybnits Cəmiyyətinin həqiqi üzvüdür.

- 1998-ci ildə Rusiya Fedrasiyasının Ali professional təhsilinin fəxri işçisidir.

- 1998-ci ildən İtaliyanın Liquriy Elmlər Akademiyasının ədəbiyyat, mənəvi və tarix elmləri üzrə müxbir üzvüdür.

- 1998-ci ildən İtaliyanın Alessandriya və Asti əyalətlərinin Akademiya və Tarix Cəmiyyətinin müxbir üzvüdür.    

- 1995-2015-ci illərdə Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dekanı olub.

- 2003-cü ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, 2011-ci ildən isə həqiqi üzvüdür.

- 2005-ci ildən Moskva Dövlət Universitetinin əməkdar professorudur.    

- 2006-cı ildən KXDR-in Tszilin Universitetinin fəxri professorudur.

- 2008-ci ildən İtaliyanın vətən tarixi Venesiya nümayəndə heyətinin müxbir üzvüdür.  

- Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Sergey Pavloviç Karpov MDU-nun Tarix Fakültəsinin prezidenti, Elmi Şurasının üzvü, Rusiya EA-nın tarixi-filoloji elmlər bölməsinin büro üzvü, RF-nın Bizansşünasların Milli Komitəsinin sədri, Erkən yeni dövr tarixçiləri və mediyevistləri cəmiyyətinin prezidenti, tarix və klassik universitet təhsili üzrə təhsil təşkilatlarının tədris-metodiki birliyinin Tədris-Metodiki Şurasının, Rus Pravoslav Kilsəsinin Makaryev fondunun, REA-nın və Moskva hökümətinin ekspert şurasının sədridir.

- 2011-ci il aprel ayının 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində rusiyalı tarixçi alim Sergey Karpova Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafı və Azərbaycan üçün yüksək səviyyəli tarixçi alimlərin yetişdirilməsindəki fəaliyyətinə görə AMEA-nın fəxri professoru və Akademiyanın Tarix İnstitutunun fəxri doktoru adları verilmişdir. 

Paylaş: