AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

SARAY MEHMET

SARAY MEHMET

Türk Tarix Qurumunun üzvü, Atatürk Elmi-Araşdırmalar Mərkəzinin Elmi Şurasının həqiqi üzvü, 2004-2006-cı illərdə Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun Atatürk Araşdırma Mərkəzinin (ATAM) rəhbəri, Azərbaycan MEA-nın Tarix İnstitutunun fəxri doktoru.

- 1942-ci ildə Türkiyənin Afyon bölgəsinin Dinar qəzasında anadan olub.

- 1988-ci ildə professor adını alıb.

- Türk Tarix Qurumunun üzvüdür.

- 1995-ci ildən Atatürk Elmi-Araşdırmalar Mərkəzinin Elmi Şurasının həqiqi üzvüdür.

- 1992-1996-cı illərdə Türkiyə Cümhuriyyəti XİN-də türk dövlətləri ilə əlaqədar baş məsləhətçi vəzifəsini icra etmişdir. Bu vəzifədə olduğu müddətdə Türk Cümhuriyyətləri elm adamları ilə birlikdə təşkil edilən “Ortaq Türk Tarixi”, “Ortaq Türk Ədəbiyyatı”, “Ortaq Türk Lüğəti” və “Ortaq Türk Əlifbası” layihələrinin rəhbəri olub.     

- 1990-2000-ci illərdə Hərb Akademiyalarında, İstanbul Universitetinin Ədəbiyyat Fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub.   

- 2004-2006-cı illərdə Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun Atatürk Araş­dırma Mərkəzinin (ATAM) rəhbəri edib.   

- 2007-2010-cu illərdə Türkiyə Cümhuriyyəti Yeditepe Universitetində Müasir dövr Tarix Araşdırmaları Mərkəzinin sədri vəzifəsini icra edib.

- 2011-ci il 24 iyun tarixindən Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktorudur.

Paylaş: