AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

MARXULİYA QURAM

MARXULİYA QURAM

Tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru, Azərbaycan MEA-nın Tarix İnstitutunun fəxri doktoru, "Tərəqqi" medalı laureatı.

- Quram Rajdenoviç Marxuliya 1972-ci il Gürcüstan SSR-in tərkibinə daxil olan Abxaziya MSSR-də, Suxumi şəhərində anadan olmuşdur.

-1995-2007-ci ildə Ekvtime Takaişvili adına umumi Gürcüstan Tarix Cəmiyyətinin Gənclər təşkilatının sədri olmuşdur.

 - 2003-cü ildə Suxumi Dovlət Universitetinin şöbə müdiri olmuşdur.

- 2007-ci ildə “İberiya” Universiteti nəzdində Strateji Araşdırmalar İnstitutunun direktoru olmuşdur.

- Hal-hazırda “Hüquq və Politologiya”jurnalının redaktor müavini, “Macne” Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru və “Qafqaz i Mir” beynəlxalq jurnalının baş redaktorudur.

- Azərbaycan alimləri ilə sıx əlaqə saxlayır. Azərbaycan həqiqətlərinin təbliğində təkcə Gürcüstan Respublikasında deyil, İsraildə və başqa ölkələrdə fəal iştirak edir.

- 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

- 2011-ci il 24 iyun tarixindən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktorudur.

Paylaş: