ABDULLAH MƏTUQ ƏL-MƏTUQ
Zati-aliləri doktor Abdullah Mətuq əl-Mətuq 1957-ci ildə Küveytdə anadan olub, Mədinə İslam İmam Muhəmməd Bin Səud İslam Universitetinin bakalavr (1983-cü ildə) və magistr pillələrini (1985-ci ildə) bitirmiş, 1996-ci ildə Qlazqo Universitetində Müqayisəli Hüquqşünaslıq üzrə doktorluq işi müdafiə etmişdir.
Doktor Əl-Mətuq 2003-cü ilin iyunundan 2007-ci ilin martına qədər Küveyt Nazirlər Kabinetində Dini Vəqflər və İslam İşləri Naziri olaraq çalışmış, eyni dövrdə, həm də 2006-cı ilin fevralınadək Ədliyyə naziri kimi də fəaliyyyət göstərmişdir.
Bundan əlavə, 1996-cı ildə Tətbiqi Təhsil, Təlim və İctimai məsələlər üzrə Baza (Təməl) təhsili fakültəsində (Faculty of Basic Education of the Public Authority for Applied Education and Training) professor vəzifəsində çalışmış, 1999-cu ildə isə Təməl Təhsili fakültəsində İslamşünaslıq kafedrasının müdiri vəzifəsində işləmişdir.
Doktor Əl-Matuq, hazırda, 2010-cu ildə sədr seçildiyi, 2014-cü ildə ikinci dəfə və 2018-ci ildə üçüncü müddətə seçildiyi Beynəlxalq İslam Xeyriyyə Təşkilatının İdarə Heyətinin sədridir. 2010-cu ildən bəri isə Küveyt Dövlətində Əl Divan əl Əmiri müşaviridir.
O, 2012-ci ilin noyabrında BMT Baş katibinin Humanitar Elçisi (гуманитарный посланник) təyin edilmiş, onun bu vəzifəyə təyinatı BMT mövqeyində bir ərəb rəsmisi olaraq ilk dəfə ardıcıl olaraq dörd seçki müddətində 2016-cı ilin dekabrına qədər uzadılmışdır.
2017-ci ilin mart ayında o, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin Baş katiblik səviyyəsində Xüsusi Müşaviri vəzifəsinə təyin edilmiş və ardıcıl olaraq 2018 və 2019 -cu seçki illəri üçün vəzifəsi yenilənmişdir.
Bəzi diqqətəlayiq nailiyyətlərini vurğulayaq:
Beynəlxalq İslam Xeyriyyə Təşkilatı tərəfindən təmsil olunan Küveyt Dövləti adından hədiyyə edilən tibbi avadanlıqların təhvil-təslim edilməsi üçün rəsmi mərasimə rəhbərlik Tacikistan. 4 sentyabr 2019.
Küveyt Dövlətinin Kürdüstan Bölgəsindəki humanitar layihələrini araşdırmış və ona nəzarət etmişdir. Ərbil 14 Aprel 2019.
Suriyadakı humanitar böhranın həllinə yönəlmiş Küveyt (QHT) Konfransına başçılıq etmiş və bu maliyyə dəstəyi 72.5 milyon ABŞ dollarını əhatə etmişdır. Küveyt 12 Mart 2019.
Tərəfindən dünyadakı bir milyarda yaxın ac insanı qidalandırmaq təşəbbüsü irəli sürülmüş və onun bu təşəbbüsü BMT- nin birbaşa dəstəyi ilə birgə "Aclığa qarşı tam bir bəşəriyyət" (Одно человечество против голода) şüarı altında daha da genişləndirilmiş, habelə, humanitar fəaliyyətini inkişaf etdirmək məqsədi ilə bu layihələri təsirli tərəfdaşlıq və məlumat mübadiləsi mövzusunda səkkizinci illik konfrana sədrlik etdiyi dövrdə reallaşdırmışdır. Bir neçə yerli, regional və beynəlxalq təşkilat toplantılarında iştirakı və təşəbbüsü ilə dünyada kasıbların iki milyard ABŞ dolları dəyərində qida təminatına nail olmuşdur. Küveyt 26 Noyabr 2018.
Beynəlxalq Yenidənqurma İşləri Konfransında Küveyt Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrini təmsil etmışdır. İraq 14 Fevral 2018.
İraqa dəstək və buradakı humanitar məsələrin durumuna dair Qeyri-Hökumət Təşkilatlarına (QHT) Konfransa sədrlik etmiş və təşəbbüsü ilə yerli və beynəlxalq QHT-lərdən 337.130.000 milyon ABŞ dolları məbləğində pul köçürmələrinə müvəffəq olmuşdur. Küveyt 12 Fevral 2018.
Küveyt dövlətinin əmiri, zati-aliləri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl Sabahın tapşiriği olaraq Kilisdə Uncibnar düşərgəsində Suriyalı qaçqınlar üçün kəndin açılışıni həyata keçirmişdir. Türkiyə 22 Aprel 2017.
Humanitar böhranlara dəstək vermək məqsədilə humanitar elçi kimi göstərdiyi gərgin səylərini və Suriyadakı humanitar vəziyyətlə əlaqədar 2013, 2014 və 2015-ci illərdə Küveytin ev sahibliyi etdiyi üç donor konfransının təşkilində misilsiz xidmətlərini, habelə 2013, 2014, 2015 və 2016-cı illərdə suriyalıların rifahı naminə dörd QHT konfransına sədrliyi zamanı böyük xidmətlərini təqdir edərək BMT-nin keçmiş baş katibi Pan Ki Mun onu təşəkkür sertifikatı ilə təltif etmişdir. Bəhreyn Krallığı 31 Oktyabr 2016.
Humanitar məsələlər üzrə davamlı və gərgin əməyinə görə BQXK (Beynəlxalq Qızıl Xaç Komitəsi) prezidenti doktor Peter Maurer tərəfindən mükafatlandırılmışdır . Cenevrə, 6 Oktyabr 2016.
2013, 2014, 2015 və 2016 –cı illər ərzində Suriya xalqına dəstək məqsədilə Beynəlxalq İslam Xeyriyyə Təşkilatı tərəfindən təşkil edilən Donor QHT-lərinin dörd konfransına sədrlik etmiş və bir milyard dollardan çox müavinət toplanmasına və yatırımına (1,317,510,000) nail olmuşdur. Küveyt Dövləti.
Birinci konfrans: 183.000.000 milyon dollar
İkinci konfrans: 276.470.000 milyon dollar
Üçüncü konfrans: 513.160.000 milyon dollar
Dördüncü konfrans: 344,880.000 milyon dollar.
2013-cü ilin yanvar, 2014-cü ilin yanvar, 2015-ci ilin mart və 2016-cı ilin fevral aylarıında Suriyadakı humanitar vəziyyətə dəstək olmaq üçün dörd Beynəlxalq Maliyyə Yatırımı Konfransının (Международные конференции по взносaм) təşkilində əvəzsiz xidmətlər göstərmişdir. Küveyt Dövləti.
BMT-nin Qaçqınların işi üzrə keçmiş Ali Komissari və hazırkı Baş katibi Antonio Guterras tərəfindən humanitar aləmdə göstərdiyi xidmətlərinə görə mükafatla təltif edilmişdir. Küveyt 29 Noyabr 2015.
Şərqi Sudanın İnkişafı və yenidən qurulması məqsədilə təşkil olunmuş və nəticə olaraq 105 milyon dollar maliyyə dəstəyinə məvəffəq olduğu QHT Konfransına sədrlik etmişdir. Küveyt 1 Noyabr 2010.