İNALCIK HALİL
- Halil İnalcık 1916-ci il sentyabr ayının 7-də İstanbul şəhərində anadan olmuşdur.
- 1940-1957-ci illərdə Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
- 1947-ci ildə Türk Tarix Qurumu (TTQ) üzvlüyünə seçilmişdir.
- 1952-ci il iyunun 2-də professor adını almışdır.
- 1953-1954-cü illərdə Kolumbiya Universitetinin Beynəlxalq Əlaqələr Məktəbinə qonaq professor kimi dəvət edilmişdi. Prof. Tibor Halasi-Kun ilə birgə Amerikada Osmanlı-Türk tədqiqatlarının inkişafında mühüm rol oynamışdır. Daha sonra Prinston, Pensilvaniya Universitetlərində qonaq professor olaraq dərs demişdir. 1956-1957-ci illərdə isə Rokfeller Fondunun təqaüdü ilə Harvard Universitetində qonaq professoru kimi fəaliyyət göstərmişdir.
- 1957-1972-ci illərdə Ankara Universitetinin siyasi elmlər fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
- 1966-cı ildə Beynəlxalq Cənub-Şərqi Avropa Tədqiqatları Qurumuna üzv seçildi.
- 1971-ci ildə Böyük Britaniyanın Kral Tarixi Cəmiyyətinin müxbir üzvü seçildi.
- 1972-1986-cı illərdə Çikaqo Universitetində Osmanlı tarixindən imtiyazlı professor kimi dərs demişdir.
- 1978-ci ildə Böyük Britaniyanın Kral Asiya Cəmiyyətinin fəxri üzvü seçildi.
- 1986-cı ildə Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru adını aldı.
- 1987-ci ildə Yunanıstanın Afina Universitetinin fəxri doktoru adını aldı.
- 1992-ci ildə “Atatürk Kültür Dil və Tarix Yüksək Qurumu”na üzv, Türkiyə Elmlər Akademiyasına (TÜBA) fəxri üzv seçildi.
- 1993-cü ildə İsrailin Yerusəlim Yəhudi İnstitutunun və Rumıniyanın Buxarest Universitetinin fəxri doktoru adını aldı.
- 1994-cü ildə Türkiyəyə qayıdaraq, Bilkənt Universitetində tarix departamentini yaratmışdır.
- 1998-ci ildə İstanbul Universitetinin Türkiyat İnstitutu mükafatına layiq görüldü.
- 2001-ci ildə Bolqarıstanın Sofiya Universitetinin fəxri doktoru adını aldı.
- Müxtəlif beynəlxalq fondların üzvü və prezidenti olmuşdur.
- Tarix elmləri departamentində Serbiya Elm və İncəsənət Akademiyasının üzvü oldu.
- 1992-ci ildə Türkiyənin Selçuk Universitetinin, 1995-ci ildə Uludağ Universitetinin, 1999-cu ildə Balıkesir Universitetinin, 2005-ci ildə Eskişehir Osmangazi Universitetinin, 2006-cı ildə Koç Universitetinin, 2007-ci ildə Trakya Universitetinin fəxri doktoru adını aldı.
- 2004-cü ildə Qırğızıstanın Manas Universitetinin fəxri doktoru adını aldı.
- 2011-ci il iyun ayının 24-də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adını aldı.