SALAMOV ŞUXRAT
1968-сi ildə oktyabr ayının 14-də Özbəkistanın Daşkənd şəhərində anadan olub.
-“Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) kitablarının müəllifidir.
- Özbəkistanın paytaxtı Daşkənddə özbək dilində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Geosiyasət” kitabını, Məhəmməd Füzulinin əsərlərini, “Müasir Azərbaycan poeziyası antologiyası” və Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitablarını çap etdirib.
- O, hazırda “Azərbaycan və Türküstan tarixində daşnak terroru” mövzusu üzərində tədqiqat aparır. Dissertantın elmi rəhbəri Yaqub Mahmudovdur.
- Azərbaycanın dostu və təəssübkeşi olan Şuxrat Salamov Azərbaycanın Özbəkistan səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir.
- 2016-cı il 5 oktyabr tarixində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların tədqiqindəki böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülmüşdür.