TURITSİN İQOR
- 1963-cü ildə Krasnoyarsk şəhərində anadan olub.
- 1985-2000-ci illərdə Armavir Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.
- 2000-2003-cü illərdə Krasnodarda Rusiya DİN-in Hüquq İnstitutunda tarix və sosial-siyasi elmlər xüsusi fakültəsinin kafedra müdiri olub.
- 2003-cü ildən Sankt-Peterburq xarici iqtisadi əlaqələr, iqtisadiyyat və hüquq İnstitutunun ictimai-humanitar elmlər kafedrasının rəhbəri (Krasnodar şəhərində filial), Moskva şəhərində sosial münasibətlər sahəsi Akademiyasının professoru olub.
- 2012-ci ilin fevralından “Elmi-Tədqiqat Tarix, İqtisadiyyat və Hüquq İnstitutu”nun prezidentidir.
- 2017-ci il mart ayının 13-də İqor Turıtsin Azərbaycan Respublikası və Rusiya Fedrasiyası arasında elmi əlaqələrin inkişafında verdiyi böyük töhfəyə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.
- “Sovremennaya nauçnaya mısl” jurnalının baş redaktorudur.