AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

HALAÇOĞLU YUSUF

HALAÇOĞLU YUSUF

Türk Tarih Qurumunun həqiqi üzvü, professor, doktor, Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan MEA-nın Tarix İnstitutunun fəxri doktoru.

- 1949-cu ildə Adananın Kozan ilçesinde anadan olmuşdur.

- 1978-ci ildə doktor adını almışdır.

- 1982-ci ildə köməkçi dosent, 1983-cü ildə dosent, 1989-cu ildə isə professor vəzifəsinə yiyələnmişdir.

- 1989-cu ildə Türk Tarih Qurumunun həqiqi üzvü seçildi.

- 1989-cu ildə Başbakanlıq Dövlət Arxivləri baş idarəçiliyinin Osmanlı Arxivi Dairə Başkanlığı vəzifəsinə, 1990-cı ildə isə müdir müavini təyin edilib. 1992-ci ildə bu vəzifəsindən istefa etmişdir.

 - 1992-ci ildə Mərmərə Universitetinin rektor müavini, daha sonra rektor vəkili, bir müddət sonra yenidən rektor müavini olmuşdur.

- 1993-2008-ci illərdə Türk Tarix Qurumunun sədri oldu.

- Türkiyə Böyük Millət Məclisinin deputatıdır.

- AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktorudur.

Paylaş: