Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar burada hələ qədim Daş dövründən insanların yaşadıqlarını sübut edir. O dövrdə insanlar çay vadisi və düzənliklər qrup halında yaşayırdılar. Onlar ağacların meyvəsini toplayır, heyvan ovlayır və balıq tuturdular. Dünyada ibtidai insanların ilk yaşayış məskənlərindən biri Azıx mağarasında aşkar edilmişdir. İbtidai insanların istifadə etdikləri əmək alətləri daşdan hazırlanırdı. Onlar oda sitayiş edir, onu müqəddəs sayırdılar. Azərbaycanın ilk sakinlərinin oda sitayiş edir, onu müqəddəs sayırdılar. Azərbaycanın ilk sakinlərinin oda sitayiş etməsi məişət və mədəniyyətə böyük təsir göstərmişdir. Məhz buna görə Azərbaycan dünya tarixində Odlar diyarı kimi tanınır.