AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tunc dövrü abidələri

Tunc dövrü abidələri

Müəllif F.R.Mahmudov, Q.O.Qoşqarlı, N.E.Müseyibli
İl -
İnzibati ərazi Azərbaycan
Paylaş:

Bir neçə qəbilənin birləşməsi nəticəsində qəbilə icması yarandı. Onlar əmək fəaliyyətlərində və təsərrüfat işlərində metal alətlərdən istifadə etməyə başladılar. Gədəbəy, Daşkəsən və Qarabağın dağlıq ərazisində yaşayan qəbilələr mis filizindən istifadə edirdilər. Qazıntılar nəticəsində qədim insan məskənlərində misdən hazırlanmış ox, bi, bəzək əşyaları, qırmızı və boz rəngdə cilalanmış qablar aşkar olunmuşdur. Sonralar misi tunc və dəmir əvəz etdi. bunlardan əmək alətləri və silah hazırlayırdılar. Muğanın Uzuntəpə yaşayış yerində tapılmış dəmir tiyəli və tunc dəstəkli qılınc bunu sübut edir. Qazax rayonunda və Mil düzündə Tunc dövrünə aid müxətlif tapıntılar aşkar edilmişdir.