AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Ön Asiyada qədim tayfalar, tayfa birlikləri və dövlətlər

Ön Asiyada qədim tayfalar, tayfa birlikləri və dövlətlər

Müəllif Solmaz Qaşqay
İl e.ə.IV-II minilliklər
İnzibati ərazi Ön Asiya
Paylaş:

Yaxın Şərq ərazisində tarixdə məlum olan ən qədim xalqlardan biri olan Şumerlər e.ə. IV minilliyin axırlarında mixi yazısını kəşf etmişlər. Sonralar həmin ərazilərə gəlmiş Samidilli tayfalar Mesopotamiyada Akkad dövlətini, daha sonralar isə Babil və Aşşur dövlətlərini yaratmışlar. Şumer-Akkad mixi yazısı Yaxın Şərqin başqa ölkələrinə də yayılmışdır. Mixi yazılı mənbələr və arxeoloji qazıntılar zamanı əldə edilmiş materiallar əsasında o dövrün siyasi və mədəni tarixi mümkün qədər dolğun şəkildə öyrənilmişdir. Tarixi inkişafın ayrı-ayrı dövrlərində Yaxın Şərq, xüsusilə Mesopotamiya tarixində hurrilər, kutilər, lullubilər və kaşşilər də mühüm rol oynamışlar.