AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Manna dövləti

Manna dövləti

Müəllif Solmaz Qaşqay
İl e.ə.IX-VII əsrlər
İnzibati ərazi Ön Asiya
Paylaş:

Mixi yazılı mənbələrə görə e.ə. I minilliyin əvvəllərində Urmiya ətrafı ərazilərdə mövcud olan şəhər dövlətləri və tayfa birlikləri "Zamua ölkələri" adı altında Aşşur ölkəsinin işğalçılıq cəhdlərinə qarşı müqavimət göstərirdilər. E.ə.IX əsrdən Manna dövləti Urmiya ətrafı əraziləri birləşdirərək, Ön Asiyanın qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Dövlət ayrı-ayrı vilayətlərə bölündü. Çar İranzu və onun sələfləri dövrü Manna dövləti üçün çiçəklənmə dövrü olmuşdur. Arxeoloji qazıntılar göstərir ki, Mannada sosial-iqtisadi həyat, sənətkarlıq, incəsənət və mənəvi mədəniyyət yüksək inkişaf səviyyəsinə çatmışdır.