AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan (IV-VII əsrlər)

Azərbaycan (IV-VII əsrlər)

Müəllif S.Y.Qasımova
İl IV-VII əsrlər
İnzibati ərazi Azərbaycan
Paylaş:

Sasanilər dövründə öz dövlətçiliyini saxlaya bilmiş hökmdar Albaniyada ölkənin ali hakimi idi. O dünyəvi və dini hakimiyyətin məşvərətçi, qanunverici orqanı olan məclisə, məhkəməyə başçılıq edirdi; ölkənin bütün hərbi qüvvələrinin baş komandanı idi. Alban dövləti antik Albaniyanın ənənələrini davam etdirərək, müstəqil daxili, bəzən də xarici siyasət yürütməyə cəhd etsə də, Sasanilərdən vassal asılılıqda olmuşdur. 510-628-ci illərdə ölkə mərzbanlar-canişinlər tərəfindən idarə olunurdu. VII əsrin I yarısında Albaniyada Girdiman vilayətinin sahibləri olan Mihranilər nəsli üstünlük qazandı. Bu nəslin ən görkəmli nümayəndəsi Cavanşirin dövründə Albaniya, 643-cü ildən başlamış ərəb yürüşlərinə və Azərbaycanın cənubunun - Adurbadaqanın işğalına baxmayaraq, əsrin sonuna qədər özünün hərbi müstəqilliyini qoruyub saxladı.