AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Atabəylər (Eldənizlər) dövləti (1136-1225-ci illər)

Azərbaycan Atabəylər (Eldənizlər) dövləti (1136-1225-ci illər)

Müəllif Ziya Bünyadov
İl 1136-1225-ci illər
İnzibati ərazi Azərbaycan
Paylaş:

Səlcuq imperiyasının tənəzzülü dövründə hakimiyyət uğrunda davam edən çəkişmələr nəticəsində yeni dövlət qurumlarının-atabəyliklərin təşkili üçün zəmin yarandı. 1136-cı ildə Azərbaycan Eldənizlər dövləti meydana gəldi. Bu dövrdə təsərrüfatın inkişafı üçün əlverişli şərait mövcud idi; metal əridilir, sənətkarlıq inkişaf edir, yeni şəhərlər salınırdı. Atabəylər dövlətinin idarə edilməsi məqsədi ilə ali idarə (divan-əl-alə) yaradıldı. Bu dövlətin nəzdində dövlət dəftərxanası, maliyyə idarəsi və ya xəzinədarlıq var idi. Eldənizlər dövründə Azərbaycan mədəniyyəti yüksək inkişaf səviyyəsinə çatdı.