AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan XV əsr

Azərbaycan XV əsr

Müəllif Oqtay Əfəndiyev və Tofiq Nəcəfli
İl XV əsr
İnzibati ərazi Azərbaycan
Paylaş:

XV əsrin başlanğıcı Azərbaycanın yadelli əsarətindən azad edilməsi və qədim dövlətçiliyin bərpa edilməsi dövrüdür. Bu dövrdə Kür çayından şimalda Şirvanşahlar dövləti və Şəki hakimliyi mövcud idi. 1408-ci ildə Qara Yusif tərəfindən Azərbaycanda Teymuri ağalığına son qoyuldu və 1410-cu ildə Cəlairi Sultan Əhməd üzərində qələbədən sonra mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövləti yarandı. Bu dövlətə Kürdən cənubdakı Azərbaycan torpaqları, Şərqi Anadolu, Ərəb İraqı və Əcəm İraqı daxil oldu. 1468-ci ildə onu Ağaqoyunlu dövləti əvəz etdi. Bu dövlətin sərhədləri şərqdə Xorasana kimi uzanırdı. XV əsrdə Ərdəbil, Lənkəran və Qaracdağ bölgələrində Səfəvilərin Ərdəbil hakimliyi mövcud olmuşdur.