AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Səfəvi dövləti (Şah İsmayıl dövrü, 1501-1524-cü illər)

Azərbaycan Səfəvi dövləti (Şah İsmayıl dövrü, 1501-1524-cü illər)

Müəllif Oqtay Əfəndiyev və Tofiq Nəcəfli
İl 1501-1524-cü illər
İnzibati ərazi Azərbaycan, Şərqi Anadolu, Ərəb İraqı, Əcəm İraqı, Xorasan vilayəti
Paylaş:

İsmayılın rəhbərliyi altında qızılbaşlar 1500-cü ildə Şirvanşah Fərrux Yasarı Cabanı (Çobani) döyüşündə, 1501-ci ildə Ağqoyunlu Sultan Əlvəndi Şərur döyüşündə məğlub etdilər. Təbrizə daxil olan İsmayıl şah elan olundu və Azərbaycan Səfəvi dövləti yarandı. Şah İsmayıl 1503-cü ilin iyununda Almaqulağı döyüşündə Sultan Muradın ordusunu məğlub etdi və Səfəvilər tərəfindən indiki İranın Kirmana kimi əksər vilayətləri ələ keçirildi. 1506-1508-ci illərdə Ərəb İraqı, 1510-cu ildə isə Mərv döyüşündə Məhəmməd Şeybani üəzirndə qələbədən sonra Xorasan vilayəti Səfəvi dövlətinə birləşdirildi. Azərbaycan Səfəvi imperiyası şərqdə Şeybanilər, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu. Dövlətin sərhədləri şimalda Dərbənd şəhərindən cənuba doğru - Fars körfəzinə, qərbdə - Fərat çayından, şərqdə Amudərya çayına kimi uzanırdı. 1514-cü ildə Çaldıran döyüşündən sonra Şərqi Anadolu və şimali İraq əraziləri Osmanlı dövlətinə verildi.