AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Səfəvi dövləti (I Şah Abbas və sələfləri dövrü, 1587-1736-cı illər)

Azərbaycan Səfəvi dövləti (I Şah Abbas və sələfləri dövrü, 1587-1736-cı illər)

Müəllif Oqtay Əfəndiyev və Tofiq Nəcəfli
İl 1587-1736-cı illər
İnzibati ərazi Azərbaycan, Əcəm İraqı, Xorasan vilayəti
Paylaş:

I Şah Abbas dövründə güclü nizami ordunun yaradılması Səfəvi dövlətinə itirilmiş ərazilərini geri qaytarmağa imkan yaratdı. 1599-cu ildə I Şah Abbas Şeybanilər üzərində qələbə qazanaraq Xorasanı yenidən Səfəvi imperiyasına birləşdirdi. 1603-1607-ci illər Səfəvi-Osmanlı müharibəsində qalib gələn I Şah Abbas itirilmiş Azərbaycan torpaqlarını geri qaytardı və Osmanlılara növbəti müharibələrin gedişində imperiyanın sərhədlərini qoruyub saxladı. 1620-ci ildə vaxtı ilə Portuqaliyaya güzəştə gedilən Hörmüz geri qaytarıldı. 1622-1624-cü illərdə Osmanlı ordusu üzərində qələbədən sonra Ərəb İraqı da Səfəvi imperiyasına birləşdirildi. Səfəvi imperiyasının sərhədləri bərpa edildi. Lakin Şah Səfi dövründə Osmanlılarla 1636-1639-cu illər müharibəsinin gedişində Səfəvilər məğlub oldu və tərəflər arasında bağlanmış Qəsr-Şirin müqaviləsinə görə Ərəb İraqı Osmanlı imperiyasının tərkibində qaldı.