AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Nadir şah Əfşarın imperiyası (1736-1747-ci illər)

Nadir şah Əfşarın imperiyası (1736-1747-ci illər)

Müəllif Tofiq Mustafazadə
İl 1736-1747-ci illər
İnzibati ərazi Azərbaycan, Əcəm İraqı, Xorasan vilayəti
Paylaş:

1722-ci ilin oktyabrında əfqanlar Səfəvi dövlətinin paytaxtı İsfahan şəhərini və indiki İranın böyük hissəsini, Rusiya Azərbaycanının Xəzəryanı vilayətlərini və Gilanı, Osmanlı imperiyası isə Cənubi Qafqazın Səfəvilərə məxsus hissəsini tutduqdan sonra Səfəvi dövləti demək olar ki süqut etmişdir. 1726-cı ildən etibarən istedadlı Azərbaycan sərkərdəsi Nadir şahın başçılığı ilə Səfəvilərə məxsus bütün ərazilər geri qaytarıldı. Nadir şahın əcdadları vaxtilə sərhədləri Şeybanilərdən qorumaq məqsədi ilə Xorasana köçürülmüş Azərbaycan türk Əfşar tayfasının qırxlı qoluna mənsub idi. Nadir 1736-cı ilin martında Muğan qurultayında özünü şah seçdirib, Səfəvi dövlətinə rəsmən son qoydu və Əfşarlar imperiyasını yaratdı. Nadir şah Böyük Moğol imperatorluğunu məğlub edərək, bir müddətə Dehlini də ələ keçirmişdir. 1747-ci il iyunun 19-dan 20-nə keçən gecə Nadir şahın saray daxili sui-qəsd nəticəsində qətlə yetirilməsindən sonra onun yaratdığı imperiya da süqut etdi.