AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Quba xanlığı (XVIII əsrin II yarısı)

Quba xanlığı (XVIII əsrin II yarısı)

Müəllif Tofiq Mustafazadə
İl XVIII əsrin II yarısı
İnzibati ərazi Quba
Paylaş:

Quba xanlığının əsası hələ XVII əsrin 70-ci illərində Hüseyn xan tərəfindən qoyulmuşdur. Lakin o zaman müstəqil dövlət qurumu olmayıb, şah hakimiyyətindən asılı olan iri irsi feodal mülkü idi. Salyan da bu xanlığın tərkibinə daxil idi. 1747-ci ildə Nadir şahın ölümündən sonra Qubalı Hüseynəli özünü müstəqil hökmdar elan etdi. Ancaq 1756-cı ildə Hüseynəli xanın oğlu və vəliəhdi Fətəli bəy yenidən Salyanı özünə tabe etdi. 1758-ci ildə atasının ölümündən sonra taxta çıxan Fətəli xan Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yürüdürdü. Ardıcıl surətdə Dərbənd və Şamaxı xanlıqları tabe edildi, Bakı və Cavad xanlıqları, həmçinin Tabasaran dinc yolla Quba xanının ali hakimiyyətini qəbul etdilər. Müxtəlif vaxtlarda Lənkəran və Şəki xanlıqları da Quba xanından asılı olmuşdur. Beləliklə, bütün şimal-şərqi Azərbaycan müvəqqəti də olsa birləşdirildi. 1789-cu ildə Fətəli xan vəfat etdikdən sonra xələfləri bu dövlətin birliyini qoruyub saxlaya bilmədilər. Rusiya 1806-cı ildə Quba xanlığını işğal etmiş, 1810-cu ildə onu ləğv edib öz əyalətinə çevirmişdir.