AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Qarabağ xanlığı (XVIII əsrin II yarısı)

Qarabağ xanlığı (XVIII əsrin II yarısı)

Müəllif Tofiq Mustafazadə
İl XVIII əsrin II yarısı
İnzibati ərazi Qarabağ
Paylaş:

Nadir şah Əfşar imperiyasının 1747-ci ildə dağılmasından sonra Azərbaycanda yaranmış xanlıqların ən böyüyü və güclülərindən biri Qarabağ xanlığı olmuşdur. Xanlığın əsasını Otuziki tayfa birləşməsinin Cavanşir tayfasının Sarıcalı oymağından çıxmış Pənahəli xan İbrahim Xəlil ağa oğlu qoymuşdur. 1763-cü ildə onun oğlu İbrahim Xəlil xan taxta çıxmışdır. 1806-cı ildə o, ruslar tərəfindən qətlə yetirildikdən sonra hakimiyyətə oğlu Mehdiqulu xan gəlmişdir. 1805-ci il mayın 14 (26)-də Qarabağ xanının Rusiya himayəsini qəbul etməsi haqqında Kürəkçay müqaviləsi bağlanmışdır. Xanlıq 1822-ci ildə ləğv edilərək Rusiyanın bir əyalətinə çevrilmişdir.