AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycanın şimal-qərb xanlıq və sultanlıqları (XVIII əsrin II yarısı)

Azərbaycanın şimal-qərb xanlıq və sultanlıqları (XVIII əsrin II yarısı)

Müəllif Tofiq Mustafazadə
İl XVIII əsrin II yarısı
İnzibati ərazi Azərbaycanın şimal-qərb xanlıq və sultanlıqları
Paylaş:

Nadir şah Əfşar imperiyası dağıdlıqdan sonra Azərbaycanın şimal-qərbində Şəki və Gəncə xanlıqları, İlisu, Şəmşəddil, Qazax və Borçalı sultanlıqları kimi kiçik feodal monarxiyalar formalaşır. Bu regionda eyni zamanda altı xırda feodal qurumun - camaatlığın (Car-Balakən, Katex, Tala, Muxax cə Canik) federasiyası (birliyi) mövcud idi. Şəki xanlığı, Nadir şaha qarşı 1743-cü ildə azadlıq mübarizəsinə qalxmış yerli iri feodal Hacı Çələbi tərəfindən elan olunmuşdur. Şahın ölümündən sonra Şəki xanlığı Qutqaşın sultanlığını və Ərəş məlikliyini özünə tabe etmişdir. Gəncə xanlığının əsasını hələ Səfəvilər dövründə Qacar tayfasının nümayəndəsi Şahverdi xan Ziyadoğlu qoymuşdur.