AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalının başlanması (1801-1813-cü illər)

Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalının başlanması (1801-1813-cü illər)

Müəllif Hacı Həsənov
İl 1801-1813-cü illər
İnzibati ərazi Azərbaycan
Paylaş:

1801-1813-cü illər Azərbaycanın tarixində ən ağır dövlərdən biridir. 1801-ci ildə Qazax, Şəmşəddil və Borçalı sultanlıqlarının zəbt olunması ilə Azərbaycanın çar Rusiyası tərəfindən işğalına başlandı. Çox keçmədən Car-Balakən, Gəncə, Qarabağ, Şəki, Şirvan Rusiya imperiyasının təcavüzünə tab gətirməyib təslim oldu. Azərbaycanın 20-dən çox kiçik dövlətlərə parçalanması, güclü vahid dövlətin olmaması, eləcə də Rusiyanın müsətmləkəçilik siyasəti tarixin bu istiqamətdə inkişafını bir növ şərtləndirirdi. Rusiyanın hücumları davam etdirib Araz çayını keçməsi və cənuba doğru yürüşü Qacar şah hökümətini rüsvayçı Gülüstan müqaviləsini imzalamağa məcbur etdi. İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Araz çayından şimalda yerləşən bütün Azərbaycan torpaqları, habelə Lənkəran xanlığı Rusiyaya qatıldı. Azərbaycan  Rusiya imperiyası və Qacarlar dövləti arasında iki yerə bölündü. Xalqımız ən faciəli tarixini yaşamağa başladı. Həmin dövr xalq qəhrəmanı Cavad xanın igidliyinin, İrəvan qalasının qəhrəmancasına müdafiəsinin, Sisiyanov və Qulyakov kimi çar cəlladlarının cəzalarına çatdırılmalarının və xalqımızın işğala qarşı hər yerdə ciddi müqavimət göstərməsinin şahidi oldu.