AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Şimali Azərbaycanın inzibati-ərazi bölgüsü (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)

Şimali Azərbaycanın inzibati-ərazi bölgüsü (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)

Müəllif Hacı Həsənov
İl XIX əsrin II yarısı-XX əsrin əvvəlləri
İnzibati ərazi Azərbaycan
Paylaş:

Şimali Azərbaycanın inzibati-ərazi bölgüsündə ən ciddi dəyişiklik 1868-ci ilin fevral ayında mərkəzi Gəncə (Yelizavetpol) olmaqla Yelizavetpol quberniyasının yaradılması oldu. Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Qazax və Yelizavetpol qəzaları, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi ona verildi. Ordubad qəzasının digər hissəsi Naxçıvan qəzasının tərkibindən İrəvan quberniyası tərkibinə verildi. 1870-ci ildə İrəvan quberniyasının tərkibində əhalisinin çox böyük əksəriyyəti Azərbaycan türklərindən ibarət olan Şərur-Dərələyəz qəzası təşkil edildi.

1868-ci ildə Bakı quberniyasının tərkibində iki yeni qəza - Cavad və Göyçay qəzaları, Yelizavetpol quberniyası tərkibində isə Qazax və Zəngəzur qəzaları yaradıldı. 1874-cü ildə Nuxa qəzasının cənub hissəsi hesabına Ərəş qəzası yaradıldı. 1883-cü il iyulun 1-də Şimali Azərbaycanda daha iki yeni qəza - Cəbrayıl və Cavanşir qəzaları təşkil edildi.

Beləliklə, XIX əsrin sonu-XX əsrin əvvəllərində bölgüsü başa çatdırılmış Şimali Azərbaycan torpaqları Rusiya imperiyası tərkibində yeni inzibati-ərazi oldu. Qədim Azərbaycan şəhəri, çox mühüm hərbi-strateji məntəqə olan Dərbənd Azərbaycanın tərkibindən çıxarıldı. Bütün bu islahatlarda məqsəd Azərbaycanın qədim və ənənəvi ərazi birliyini, dövlətçilik ənənələrini məhv etmək idi.

Azərbaycan əhalisi bir millət olaraq iqtisadi mənafe-birliyi əsasında, vahid dili, dini, ərazisi, mədəniyyəti, psixologiyası və özünü dərketməsi nəticəsində formalaşırdı.

Elm və mədəniyyətin ayrı-ayrı sahələrində də inkişaf gedirdi. Milli teatr yaradıldı, qəzetlər çap olunmağa başladı.