1872-ci ildən etibarən 7 qəzadan (Yeni Bəyazid, Naxçıvan, Aleksandropol (Gümrü), İrəvan, Üçmüəzzin, Sürməli və Şərur-Dərələyəz) ibarət olmuş İrəvan quberniyası Qacarlar dövləti və Osmanlı imperiyasından rusların köçürdükləri ermənilərin ən sıx məskunlaşdırıldıqları Azərbaycan torpaqları olmuşdur. 1897-ci ildə türk-müsəlmanları quberniya əhalisinin 58%-ni, ermənilər 37%-ni, digər xalqlar isə (ruslar, yunanlar, yəhudilər və başqaları) 5%-ni təşkil edirdilər.
Quberniya inkişaf etmiş kənd təsərrüfatına, 3469 sənaye müəssisəsinə, çoxsaylı sənətkarlıq emalatxanalarına, 2800 ticarət müəssisəsinə malik idi. İrəvan quberniyası həm qonşu quberniyalar, həm də Cənubi Azərbaycanla intensiv ticarət aparırdı. XIX əsrin əvvəllərində Azərbaycan elm və mədəniyyətin mühüm mərkəzlərindən olub, dünya mədəniyyətinə C.məmədquluzadə, B.Kəngərli və başqaları kimi dühalar vüermiş İrəvan quberniyasında kişi və qadın gimnaziyaları, müəllimlər institutu (İrəvan şəhərində), 18 şəhər məktəbi, 81 kənd məktəbi fəaliyyət göstərirdi. Bu məktəblərdə 7000 nəfər təhsil alırdı.