AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Yelizavetpol quberniyası (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)

Yelizavetpol quberniyası (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)

Müəllif Hacı Həsənov
İl XIX əsrin II yarısı-XX əsrin əvvəlləri
İnzibati ərazi Yelizavetpol quberniyası
Paylaş:

Yelizavetpol quberniyası inzibati-ərazi vahidi kimi çar hökümətinin 9 dekabr 1867-ci il tarixli fərmanına əsasən yaradılmış və 1918-ci ilədək mövcud olmuşdur. Mərkəzi Yelizavetpol (Gəncə) şəhəri olan quberniyanın tərkibinə Yelizavetpol, Ərəş, Nuxa, Qazax, Cavanşir, Qaryagin (1905-ci ilədək Cəbrayıl), Zəngəzur və Şuşa qəzaları daxil idi. Sahəsi 38 982 km2, əhalisi 1897-ci il siyahıyalınmasına görə 879 min nəfərə yaxın, 1916-cı ildə isə 1.275.131 nəfər olmuşdur. XIX əsrin sonlarında Quberniya əhalisinin 63%-ni Azərbaycan türkləri, 30%-ni ermənilər təşkil edirdilər. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, ipəkçilik, pambıqçılıq, üzümçülük, heyvandarlıq və s. olmuşdur. Ərazi dəmir, mis, kobalt, gümüş filizləri ilə zəngin idi. Burada olan 67 sənaye müəssisəsindən ən irilər hər birinin mindən artıq işçisi olan Gədəbəy və Qalakənd misəritmə zavodları idi. Quberniyada 13 xəstəxana, 14 tibb məntəqəsi, 17 aptek, müəllimlər seminariyası (Qazax), gimnaziyalar, sənət məktəbi və orta təhsil müəssisəsi fəaliyyət göstərirdi. Quberniyanı Yelizavetpol hərbi qubernatoru (1872-ci ilin martından isə Yelizavetpol qubernatoru) idarə edirdi, inzibati polis aparatı və hökümət idarələri onun tabeliyində idi.