AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bakı quberniyası (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)

Bakı quberniyası (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)

Müəllif Hacı Həsənov
İl XIX əsrin II yarısı-XX əsrin əvvəlləri
İnzibati ərazi Bakı quberniyası
Paylaş:

Çar hökümətinin 1846-cı il dekabr inzibati islahatına əsasən Cənubi Qafqaz 4 quberniyaya - Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyalarına bölündü. Şimali Azərbaycan ərazisinin şərq torpaqları əsasən Şamaxı quberniyasına daxil edildi. 1859-cu ildə Şamaxı zəlzələ nəticəsində dağıldıqdan sonra quberniyanın mərkəzi Bakıya köçürüldü, quberniya isə Bakı quberniyası adlandırıldı. Bakı quberniyası tərkibinə Şamaxı, Bakı və Lənkəran qəzaları, Xəzər dənizindəki Böyük zirə (Nargin), Daş Zirə (Vulf), Pirallahı (Artyom), Çilov (Lilov) və s. adalar daxil idi. 1860-cı ilin mayında Quba qəzası da Bakı quberniyasına qatıldı. 1867-ci ildə isə Şuşa və Nuxa qəzaları Bakı quberniyasından ayrılıb Yelizavetpol quberniyasına verildi. Tezliklə Bakı quberniyasında Cavad və Göyçay kimi yeni qəzalar yaradıldı. Bakı quberniyası şimalda Dağıstan vilayəti, qərbdə Nuxa və Şuşa qəzaları, cənubda Astara və Araz çayları, şərqdə isə Xəzər dənizi ilə həmsərhəd idi. 1897-ci il siyahıyaalınmasına görə əhalisi 826 716 nəfər idi. bunların 81,8%-i türk-müsəlman əhalisinin payına düşürdü.