AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımlar (1918-1920)

Azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımlar (1918-1920)

Müəllif Nigar Maksvell
İl 1918-1920-ci illər
İnzibati ərazi Azərbaycan
Paylaş:

1918-ci il iyunun 15-də Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Naziri Məhəmməd Həsən Hacınski hökümətə müraciət edərək erməni silahlı dəstələrinin dinc Azərbaycan əhalisinə qarşı törətdiyi soyqırımı və onun əmlakının talan olunması ilə bağlı həyata keçirdiyi dəhşətli vəhşilikləri araşdıran Fövqəladə Təhqiqat Komissiyasının yaradılmasının vacib olduğunu bildirir (bax: ARDA, f. 1061, siy. 1, iş 105, v. 1).

1918-ci il avqustun 31-də Cümhuriyyət hökümətinin qərarı ilə Fövqəladə Təhqiqat Komissiyası yaradıldı (bax: ARDA, f. 1061, siy. 1, iş 105, v.2). 

Həm FTK-in, həm də o dövrün mətbuatının topladığı materiallara əsasən: 1918-1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən Bakıda 12 min nəfərdən çox, Şamaxıda 8 min nəfərdən çox, Qubada 16 min nəfər, Cənubi Azərbaycanda (Urmiya, Xoy, Salmas, Maku, Şərəfxana, Təbriz və başqa yerlərdə) 130 min nəfərdən çox, Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) 400 min nəfərdən çox azərbaycanlı qəddarlıqla qətlə yetirilmişdir. 

Ermənilərin təcavüzü nəticəsində 263 məktəb, 154 tibb müəssisəsi, 126 məscid, 380 qəbristanlıq, ümumilikdə isə təxminən 1500 Azərbaycan kəndi talan edilərək dağıdılmışdır.