AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)

Müəllif Nigar Maksvell
İl 1918-1920-ci illər
İnzibati ərazi Azərbaycan
Paylaş:

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyini elan etdi. Bununla bütün şərqdə və türk dünyasında ilk demokratik respublika yarandı. Azərbaycan Milli Şurası öz üzərinə icra və qanunvericilik səlahiyyətləri götürdü. M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçildi. 

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Sovetinin birinci sədri Fətəli xan Xoyski təyin edildi. Azərbaycan höküməti səlahiyyətli dövlət strukturu yaratdı. Azərbaycan-türk dili dövlət dili elan edildi, dövlət bayrağı təsdiq edildi və yeni yaradılan Azərbaycan ordusuna çağırışın elan edilməsi haqqında qərar qəbul olundu. 

1918-ci il noyabrın 18-də Azərbaycan Milli Şurası özünü Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti elan etdi. Ə.M.Topçubaşov Parlamentin sədri seçildi. 

Cümhuriyyətin ərazisi müəyyən edilərkən qarşıya böyük çətinliklər çıxdı. Ən ağır ərazi problemi Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasında sərhədlərin müəyyənləşdirilməsi idi. Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistan Respublikası Azərbaycanın Naxçıvan, Şərur-Dərələyəz qəzalarına və Dağlıq Qarabağa iddialar irəli sürdü. Eyni zamanda Azərbaycana məxsus olan Zəngəzur ərazisinə də özünə birləşdirməyə çalışırdı. Gürcüstan Respublikası Zaqatala dairəsinə iddialar qaldırırdı. Azərbaycan höküməti öz qanuni torpağı olan Borçalı qəzasının Gürcüstan Respublikası tərkibinə daxil olmasını qəbul etməkdən imtina edirdi. Azərbaycan həmçinin Cənubi Dağıstan (Tabasaran) ərazisinə də haqlı iddia irəli sürürdü.