Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən rus, ingilis, erməni-daşnak silahlı qüvvələrinin hücumuna məruz qaldı. Müdaxiləçilərin hər biri ayrı-ayrılıqda özmənafeyi uğrunda müharibə aparırdı.
Nəticədə işğalçı rus ordusunun döyüş əməliyyatları və təzyiqi nəticəsində Azərbaycan Milli Höküməti istefa verdi. 1920-ci il aprelin 28-də Azərbaycanın şimalında sovet hakimiyyəti elan olundu. Xalqa divan tutuldu.
Şimali Azərbaycanda sovet hakimiyyəti 1991-ci ilədək davam etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi yenidən bərpa olundu.