AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycanın memarlıq abidələri

Azərbaycanın memarlıq abidələri

Müəllif A.Ə.Məmmədov
İl -
İnzibati ərazi Azərbaycan
Paylaş:

Azərbaycan dünyanın ən qədim və təkrarsız abidələr diyarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə 12 Tarix-Memarlıq qoruğu təsdiq edilmişdir: 1. Bakı "İçəri şəhər", 2. Qala, 3. Qobustan, 4. Nardaran; 5. Gəncə, 6. Zaqatala, 7. Şəki "Yuxarı Baş", 8. Şuşa, 9. İsmayıllı Basqal, 10. Lahıc, 11. Naxçıvan MR "Gülüstan", 12. Ordubad. 

Xəritədə dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən bəzi nümunələr verilmişdir: Qobustan qayaüstü təsvirləri (mezolit-orta əsrlər), Şirvanşahlar Sarayı kompleksi (XIII-XIV əsrlər), "İçəri şəhər" memarlıq-şəhərsalma kompleksi (XIII-XIV əsrlər), Qız qalası (VI-XII əsrlər), Dördbucaqlı Mərdəkan qəsri (XIII-XIV əsrlər), Ramana qəsri (XII-XIV əsrlər), "Atəşgah" məbəd kompleksi (XVIII əsr), Naxçıvan şəhərindəki Mömünəxatın türbəsi (1186-1187-ci illər), Yusif Küseyir oğlu türbəsi (1161-1162-ci illər), Culfa şəhərindəki Gülüstan türbəsi (XIII əsr), Şəki Xan sarayı (XVIII-XIX əsrlər), Bərdə şəhərindəki "Allah-Allah" türbəsi və Nüşabə qalası (1322-ci il), Dəvəçi şəhərinin Qalaaltı kəndindəki Çıraqqala (V-VI əsrlər) və s. Tarixi abidələrimizi qorumaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.