AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu: Azərbaycanın sovet dövrü tarixi təhriflərdən təmizlənir

29.09.2018 20:38

Sovet dönəmində Azərbaycan tarixinin 1920-30-cu illər dövrü ilə bağlı yol verilmiş saxtakarlıqları aradan qaldırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda silsilə dissertasiyaların müdafiəsinə başlanıb.

“Azərbaycan SSR-də sovet nomenklaturası: hakimiyyətdaxili mübarizə (XX əsrin 20-30-cu illəri)” adlı dissertasiya müdafiəsi keçirilib.

Dissertasiya işinin müəllifi tarix üzrə fəlsəfə doktoru Aslan Xəlilov, elmi məsləhətçi isə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.

Ulu öndər Heydər Əliyev Azərbaycanın XX əsr tarixini belə xarakterizə edib: “XX əsr çox mürəkkəb bir əsrdir. Bu əsrdə dünyada və respublikamızın həyatında baş verən ictimai-siyasi hadisələr məlumdur. Ancaq bu XX əsrdə yaşadığımız ideologiyaya və onun konsepsiyasına görə bizim tariximiz təhrif olunmuşdur”.

A.Xəlilov tədqiqat işində Azərbaycan və Rusiyanın  arxivlərindən geniş şəkildə istifadə edib.

Əsər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması və ölkəmizdə siyasi sabitliyin möhkəmləndirilməsi məsələsinin vacibliyinin cəmiyyətimizin müxtəlif təbəqələrinə, xüsusilə, gənc nəslə aşılanması baxımından xüsusi əhəmiyyət kəsb edir.

AMEA-nın Tarix İnstitutunda Azərbaycanın sovet dövrü tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. İnstitutda tarixçi alimlər İlqar Niftəliyev “Azərbaycan SSR-də milli məsələ və kadr siyasəti (XX əsrin 20-30-cu illəri)” və Firdovsiyyə Əhmədova “Mərkəzi Sovet hakimiyyətinin Azərbaycan siyasəti (XX əsrin 20-30-cu illəri)” mövzusunda araşdırma apararaq, doktorluq dissertasiyası yazırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: